Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (54) Surah: Al-Anfāl
كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَۚ وَكُلّٞ كَانُواْ ظَٰلِمِينَ
Bu kafirlərin əməli Allaha küfür etmiş Fironun əhli-əyalı və təkzib etmiş əvvəlki qövümlərin əmə­­­­li­nə bənzəyir. Onlar Rəb­bi­nin ayə­lərini yalan hesab et­di­lər, Allah da on­ları etdikləri günah­la­r səbəbindən məhv etdi. Allah Firon əhli-əyalını dənizdə qərq edərək məhv etdi. Fironun əhli-əyalı və onlardan əvvəlkilər Allaha küfür etdiklərinə və Ona şəriklər qoşduqlarına görə on­la­rın ha­mısı zalım idi. Onlar məhz etdikləri bu əməllərə görə Allahın əzabını özlərinə vacib etdilər və beləliklə də, əzaba düçar oldular.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• من فوائد العقوبات والحدود المرتبة على المعاصي أنها سبب لازدجار من لم يعمل المعاصي، كما أنها زجر لمن عملها ألا يعاودها.
• Günahlara görə tətbiq edilən cəzanın faydalarından biri də budur ki, günah etmək istəyinə düşüb, hələ ki, günah etməyən kimsəni, günah edib ona cəza tətbiq edildikdən sonra bir daha həmən günaha qayıtmaqdan çəkindirdiyi kimi, onu da günah etməkdən çəkindirər.

• من أخلاق المؤمنين الوفاء بالعهد مع المعاهدين، إلا إن وُجِدت منهم الخيانة المحققة.
• Əhd-peyman bağladıqları kimsələrlə, onların xəyanət etməsi müstəsna olmaqla, ədlərinə vəfalı olmaq möminlərin əxlaqındandır.

• يجب على المسلمين الاستعداد بكل ما يحقق الإرهاب للعدو من أصناف الأسلحة والرأي والسياسة.
• Müsəlmanların düşmənin canına qorxu salmağa səbəb olan silahla, düzgün rəylə, siyasətlə və hər bir şeylə onlara qarşı hazırlaşması vacibdir.

• جواز السلم مع العدو إذا كان فيه مصلحة للمسلمين.
• Əgər müsəlmanlar üçün mənfəət varsa bu zaman düşmənlə atəşkəs sazişinin imzalanması icazəlidir.

 
Translation of the meanings Ayah: (54) Surah: Al-Anfāl
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close