Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción Azerbaiyana- Ali Jan Mosaiv * - Índice de traducciones

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traducción de significados Capítulo: Al-Fajr   Versículo:

əl-Fəcr

وَٱلۡفَجۡرِ
And olsun fəcrə (dan yerinin ağardığı vaxta)!
Las Exégesis Árabes:
وَلَيَالٍ عَشۡرٖ
And olsun on gecəyə (zülhiccə ayının ilk on gecəsinə)!
Las Exégesis Árabes:
وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ
And olsun cütə və təkə!
Las Exégesis Árabes:
وَٱلَّيۡلِ إِذَا يَسۡرِ
And olsun keçib getməkdə olan gecəyə!
Las Exégesis Árabes:
هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ
Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?
Las Exégesis Árabes:
أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
(Ey Peyğəmbər!) Məgər Rəbbin (Hud qövmü) Ada nələr etdiyini görmədinmi?!
Las Exégesis Árabes:
إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ
Sütunlar sahibi İrəmə (İrəm qəbiləsinə)?!
Las Exégesis Árabes:
ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ
Halbuki yer üzündə onlar kimisi xəlq edilməmişdi.
Las Exégesis Árabes:
وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ
(Habelə) vadidə qayaları yonan (Salehin qövmü) Səmuda?!
Las Exégesis Árabes:
وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ
Eləcə də dirəklər sahibi Firona?
Las Exégesis Árabes:
ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ
Onlar məmləkətlərdə həddi aşmış,
Las Exégesis Árabes:
فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ
Oralarda çoxlu fəsad törətmişdilər.
Las Exégesis Árabes:
فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ
Rəbbin də onlara əzab qamçısı endirdi.
Las Exégesis Árabes:
إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ
(Ey Peyğəmbər!) Həqiqətən Rəbbin (qullarının əməllərinə) nəzarət edir.
Las Exégesis Árabes:
فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ
İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərsə və ona nemət versə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
Las Exégesis Árabes:
وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ
Amma onu sınayıb ruzisini azaltsa: “Rəbbim məni alçaltdı!”– deyər.
Las Exégesis Árabes:
كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ
Xeyr! Əksinə siz yetimə ehtiram göstərmirsiniz.
Las Exégesis Árabes:
وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
Miskini yedirməyə bir-birinizi təşviq etmirsiniz.
Las Exégesis Árabes:
وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا
Mirası hərisliklə yeyirsiniz.
Las Exégesis Árabes:
وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا
Mal-dövləti də olduqca çox sevirsiniz.
Las Exégesis Árabes:
كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا
Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
Las Exégesis Árabes:
وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا
Rəbbin və mələklər səf-səf düzülərək gələcək
Las Exégesis Árabes:
 
Traducción de significados Capítulo: Al-Fajr
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción Azerbaiyana- Ali Jan Mosaiv - Índice de traducciones

Traducida por Ali Khan Mosaiev. Desarrollada bajo la supervisión del Centro Rowad Al-Taryamah. Se permite acceder a la traducción original con el propósito de brindar opiniones, evaluación y desarrollo continuo.

Cerrar