Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى آذری کتاب مختصر در تفسير قرآن كريم * - لیست ترجمه ها


ترجمهٔ معانی سوره: حاقه   آیه:

əl-Haqqə

از اهداف این سوره:
إثبات أن وقوع القيامة والجزاء فيها حقٌّ لا ريب فيه.
Qiyamətin qopacağının və həmçinin o gün haqq-hesaba çəkilmənin şək-şübhəsiz bir həqiqət olmasının isbatı.

ٱلۡحَآقَّةُ
Uca Allah mütləq gerçəkləşəcək dirilmə saatını zikr edir.
تفسیرهای عربی:
مَا ٱلۡحَآقَّةُ
Sonra O, bu saatın dəhşətini bildirmək üçün bu sualı verir: "Nədir qiyamət?!"
تفسیرهای عربی:
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ
Ey Peyğəmbər! Nə bilirsən, bu qiyamət nədir?
تفسیرهای عربی:
كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ
Salehin qövmü Səmud və Hudun qövmü Ad, öz dəhşəti ilə insanları qorxuya salan qiyaməti yalan saydılar.
تفسیرهای عربی:
فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ
Allah səmudluları olduqca şiddətli və qorxunc bir səslə məhv etmişdir.
تفسیرهای عربی:
وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ
Ad tayfasını isə Allah şiddətli külək və şaxtası adamı kəsən hədsiz soyuqla məhv etmişdir.
تفسیرهای عربی:
سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ
Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirib onların hamısını məhv elədi. Sən orada olsaydın, o tayfanın öz yurdlarında yerə yıxılıb həlak olduğunu, sanki xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərildiyini görərdin.
تفسیرهای عربی:
فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ
Onlara üz vermiş bu əzabdan sonra sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?!
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• الصبر خلق محمود لازم للدعاة وغيرهم.
Səbir həm dəvətçiyə, həm də qeyrisinə lazım olan gözəl bir xislətdir.

• التوبة تَجُبُّ ما قبلها وهي من أسباب اصطفاء الله للعبد وجعله من عباده الصالحين.
Tövbə, özündən əvvəlki günahların hamısını silir. Allah tövbə sayəsində Öz qulunu günahlardan təmizləyir və onu əməlisaleh qullarından edir.

• تنوّع ما يرسله الله على الكفار والعصاة من عذاب دلالة على كمال قدرته وكمال عدله.
Allahın kafirlərə və günahkarlara göndərdiyi əzabın müxtəlif olması, Allahın qüdrətinin və Onun ədalətinin kamil olmasına dəlalət edir.

 
ترجمهٔ معانی سوره: حاقه
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى آذری کتاب مختصر در تفسير قرآن كريم - لیست ترجمه ها

مرکز تفسیر و پژوهش‌های قرآنی آن را منتشر كرده است.

بستن