Check out the new design

ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى آذری کتاب مختصر در تفسير قرآن كريم * - لیست ترجمه ها


ترجمهٔ معانی سوره: حاقه   آیه:
وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ
Onun Cəhənnəm əhlinin bədənindən axan irindən başqa bir yeməyi olmayacaqdır.
تفسیرهای عربی:
لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ
O irini yalnız günahkarlar və asi olanlar yeyərlər.
تفسیرهای عربی:
فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ
Uca Allah sizin həm gördüklərinizə and içir,
تفسیرهای عربی:
وَمَا لَا تُبۡصِرُونَ
Uca Allah həm də görmədiklərinizə and içir.
تفسیرهای عربی:
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
Bu Quran, Allahın möhtərəm elçisinin insanlara oxuduğu Allah kəlamıdır.
تفسیرهای عربی:
وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ
Bu, şair sözü deyil, çünki bu söz şeir vəznində deyildir! Necə də az inanırsınız!
تفسیرهای عربی:
وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ
O, kahin sözü də deyildir, çünki kahin sözü bu Qurana bənzəmir! Necə də az düşünürsünüz!
تفسیرهای عربی:
تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
Lakin O, bütün məxluqatın Rəbbi tərəfindən nazil edilmişdir!
تفسیرهای عربی:
وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ
Əgər Muhəmməd Bizim demədiyimiz sözləri özündən uydurub Bizə nisbət etsəydi,
تفسیرهای عربی:
لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ
Əlbəttə Biz ondan intiqam alar və sahib olduğumuz güc-qüvvətlə onu möhkəm yaxalayar,
تفسیرهای عربی:
ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ
Sonra da onun qəlbə bağlı olan şah damarını qopardardıq.
تفسیرهای عربی:
فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ
İçərinizdən heç kəs buna mane ola bilməzdi. Odur ki, sizə Bizim adımızdan bir söz uydurması qeyri-mümkündür.
تفسیرهای عربی:
وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ
Həqiqətən, bu Quran Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxan kimsələr üçün öyüd-nəsihətdir.
تفسیرهای عربی:
وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
Biz sizin aranızdan bu Quranı yalan sayanlar olduğunu bilirik!
تفسیرهای عربی:
وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ
Şübhəsiz ki, Quranı yalan saymaq qiyamət günü böyük bir peşmançılıqdır.
تفسیرهای عربی:
وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ
Həqiqətən də, bu Quran əsl həqiqətdir. Onun Allah qatından nazil elməsinə heç bir şəkk-şübhə yoxdur.
تفسیرهای عربی:
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
Ey Peyğəmbər! Elə isə, Rəbbinə yaraşmayan xislətləri ondan uzaq tut və əzəmətli Rəbbinin adını zikr et!
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• تنزيه القرآن عن الشعر والكهانة.
Quranın şeir və ya kahin sözü olmaması.

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
Uca Allah adından söz uydurmağın və Ona iftira yaxmağın təhlükəli olması.

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
Gözəl səbir, müsibətə səbir edib Allahdan onun savabını ummaq və başqasına gileylənməməkdir.

 
ترجمهٔ معانی سوره: حاقه
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى آذری کتاب مختصر در تفسير قرآن كريم - لیست ترجمه ها

مرکز تفسیر و پژوهش‌های قرآنی آن را منتشر كرده است.

بستن