Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (7) Simoore: Simoore pellon
إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
Ey insanlar, əgər Rəbbinizə küfr etsəniz, bilin ki, Allah sizin iman gətirmənizə möhtac deyildir və sizin küfr etməyiniz də Ona zərər verməz, əksinə, sizin etdiyiniz küfrün zərəri yalnız özünüzə qayıdar. Qulla­rı­nın Ona küfr etməsi Ona xoş getməz və O, Öz qullarına küfr etməyi əsla buyur­maz. Belə ki, Allah murdar əmələri və günah işləri əmr etməz. Əgər Allahın sizə əta etdiyi nemətlərə görə Ona şükür et­sə­niz və Ona iman gətirsəniz, O, bu şükrünüzə görə siz­dən razı qalar və buna görə sizə mükafat verər. Heç bir kəs başqa birisinin günahını da­şı­maz, əksinə, hər kəs özünün qazandığı günahın girovudur. Son­ra qiyamət günü siz yalnız Rəbbini­zin hüzuruna qayıdacaqsınız. O sizə dünyada ikən nə əməllər etdiyinizi bildirəcək və sizə etdiyiniz əməllərin əvəzini verəcək. Həqi­qə­tən, pak və müqəddəs Allah, qullarının qəlbində olanları bilir və qəlblərdə olanlardan heç bir şey Ona gizli qalmaz.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• رعاية الله للإنسان في بطن أمه.
İnsan ana bətnində olduqda belə Allahın onun qeydinə qalması.

• ثبوت صفة الغنى وصفة الرضا لله.
Allahın zənginlik və razı olma sifətlərinin isbatı.

• تعرّف الكافر إلى الله في الشدة وتنكّره له في الرخاء، دليل على تخبطه واضطرابه.
Kafir kimsənin sıxıntı vaxtı Allahı tanıması, xoş günündə isə Onu unutması, onun səksəkə və ziddiyyət içində olduğuna dəlildir.

• الخوف والرجاء صفتان من صفات أهل الإيمان.
Qorxmaq və ümid bəsləmək iman əhlinin xislətlərindəndir.

 
Firo maanaaji Aaya: (7) Simoore: Simoore pellon
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tippudi firooji ɗii

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Uddude