Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (40) Simoore: Simoore al-araaf
إِنَّ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَا لَا تُفَتَّحُ لَهُمۡ أَبۡوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدۡخُلُونَ ٱلۡجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلۡجَمَلُ فِي سَمِّ ٱلۡخِيَاطِۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُجۡرِمِينَ
Şübhəsiz ki, aşıq-aydın ayələrimizi yalan sa­yanlara, onlara boyun əyməkdən tə­kəb­bür­lüklə ya­na­şan və hər bir xeyirdən ümüdlərini kəsən kimsələrə öldükləri zaman küfürləri səbəbindən həm əməlləri üçün həm də ki, ruhlarının səmaya qalxması üçün gö­yün qapı­ları açılmayacaq və dəvə - o, ən böyük heyvanlardan biridir - əşyaların ən darı həcmlisi olan iynənin dəliyindən keçməyincə on­lar heç vaxt Cən­nətə girməyəcəklər. Bu, qeyri-mümkün olan bir işdir, çünki onların Cənnətə girmələri üçün qoyulan şərt, həyata keçməsi mümkün deyildir. Allah günah­ları çox olan kimsəni belə bir cəza ilə cəzalan­dıracaqdır.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• المودة التي كانت بين المكذبين في الدنيا تنقلب يوم القيامة عداوة وملاعنة.
• Dünyada Allahın ayinlərini yalan hesab edən kimsələr arasındakı məhəbbət qiyamət günü bir-birinə qarşı ədavətə və lənətə çevriləcəkdir.

• أرواح المؤمنين تفتح لها أبواب السماء حتى تَعْرُج إلى الله، وتبتهج بالقرب من ربها والحظوة برضوانه.
• Möminlərin ruhları Allaha qaxlanadək səmanın qapıları onlara aşılar, həm Rəbbinə yaxın və həm də Onun razılığına nail olduqları üçün sevinərlər.

• أرواح المكذبين المعرضين لا تفتح لها أبواب السماء، وإذا ماتوا وصعدت فهي تستأذن فلا يؤذن لها، فهي كما لم تصعد في الدنيا بالإيمان بالله ومعرفته ومحبته، فكذلك لا تصعد بعد الموت، فإن الجزاء من جنس العمل.
• Allahın ayinlərini yalan hesab edib və bunlardan üz çevirənlərin ruhları üçün səma qapıları açılmaz, belə kimsələr öldüyü zaman ruhları səmaya qalxar və səma qapılarının açılması üçün izin istədikdə isə onlara izin verilməz. Ruhlar dünyada ikən Allaha iman etmək, Onu tanımaq və Ona məhəbbət bəsləmək kimi əməllər ilə səmaya qaxmadığı kimi, öldükdən sonrada qalxa bilməz. Çünki cəza əməlin növündəndir.

• أهل الجنة نجوا من النار بعفو الله، وأدخلوا الجنة برحمة الله، واقتسموا المنازل وورثوها بالأعمال الصالحة وهي من رحمته، بل من أعلى أنواع رحمته.
• Cənnət əhli Cəhənnəmdən Allahın əfv ilə qurtulublar, Allahın rəhməti ilə Cənnətə daxil olub, dünyada etdikləri saleh əməllər görə Cənnətdə yüksək mənzillərə varis olublar. Bunlar hamısı Allahın rəhməti sayəsindədir. Əlbətdə bu, Onun rəhmətinin ən ali mərtəbələrindəndir.

 
Firo maanaaji Aaya: (40) Simoore: Simoore al-araaf
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tippudi firooji ɗii

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Uddude