Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (109) Sourate: YOUSOUF
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِم مِّنۡ أَهۡلِ ٱلۡقُرَىٰٓۗ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۗ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ٱتَّقَوۡاْۚ أَفَلَا تَعۡقِلُونَ
Ey Peyğəmbər! Biz səndən əvvəl də mələklərdən deyil insanlardan olan neçə-neçə peyğəmbərlər göndər­dik. Biz sənə vəhy etdiyimiz kimi onlarada vəhy etdik. Onlar heç də səhrada yaşanan bədəvi insanlardan deyildilər, əksinə, elə şəhərdə yaşayan insanlardan idilər. Buna rəğmən qövmü onları yalançı saydı. Biz də buna görə onları məhv etdik. Məgər səni yalançı sayan o kimsələr yer üzün­də gəzib-dolaşıb öz­lərindən öncəkilərin peyğəmbərləri yalan saydıqlarına görə onların sonunun necə ol­du­ğunu görüb və bundan bir ibrət almırlar?! Əlbəttə, Axirət yurdunda olan nemətlər, dünya həyatında Allah­­dan qorxan təqva sahibləri üçün daha xe­­yir­li­dir. Məgər siz Allahın əmrlərini yerinə yetirib -bunun ən əzəmətlisi Uca Allaha iman gətirməkdir- qadağalarından çəkinərək -bunun ən böyükü Allaha şərik qoşmaqdır- Allahdan qorxmağın sizin üçün daha xeyirli olduğunu anlamırsınızmı?!
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• أن الداعية لا يملك تصريف قلوب العباد وحملها على الطاعات، وأن أكثر الخلق ليسوا من أهل الهداية.
• Allaha dəvət edən kimsə insanların qəlblərini çevirməyə və onları Allaha itaətə yönətməyə qadir deyil. Şübhəsiz ki, insanların əksəriyyəti də doğru yol sahibi deyildir.

• ذم المعرضين عن آيات الله الكونية ودلائل توحيده المبثوثة في صفحات الكون.
• Allahın kövni ayələrindən, yer üzündə açıq-aydın görünən və Uca Allahın təkliyinə dəlalət edən dəlillərdən üz çevirən kimsələrin məzəmmət olunması.

• شملت هذه الآية ﴿ قُل هَذِهِ سَبِيلِي...﴾ ذكر بعض أركان الدعوة، ومنها: أ- وجود منهج:﴿ أَدعُواْ إِلَى اللهِ ﴾. ب - ويقوم المنهج على العلم: ﴿ عَلَى بَصِيرَةٍ﴾. ج - وجود داعية: ﴿ أَدعُواْ ﴾ ﴿أَنَا﴾. د - وجود مَدْعُوِّين: ﴿ وَمَنِ اتَّبَعَنِي ﴾.
• Uca Allahın: ﴾(Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, dəvət) yolumdur"﴿ ayəsi, özündə dəvətin bəzi ərkanlarını zikir etmişdir. Bu ərkanlardan bəziləri bunlardır: a) Dəvətin metodu: ﴾Mən Allaha dəvət edirəm﴿. b) Bu dəvət metodunun elmlə həyata keçirilməsi: ﴾Bəsirətlə (açıq-aşkar bir dəlillə)﴿. c) Bu dəvətin, dəvətçi tərəfindən edilməsi: ﴾Mən﴿. d) Dəvət edilən kimsələrin olması: ﴾mənə tabe olan (möminlər)﴿.

 
Traduction des sens Verset: (109) Sourate: YOUSOUF
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture