Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (61) Sourate: AN-NAHL
وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ
Əgər Uca Allah insanları etdikləri zülmlərə və günahlara görə cəzalandırsaydı, yer üzündə heç bir insan yaxud da yer üzündə heç bir sürünən canlını qoymazdı. Lakin Allah onlara Öz elmi ilə bildiyi müəyyən vaxta qədər möhlət ve­­rir. Əvvəlcədən Öz elmi ilə təyin etdiyi vaxt gəlib yetişdikdə, hətta qısa bir müddətdə olsa belə, nə bircə an yubanar, nə də tezləşə bilər.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• من جهالات المشركين: نسبة البنات إلى الله تعالى، ونسبة البنين لأنفسهم، وأَنفَتُهم من البنات، وتغيّر وجوههم حزنًا وغمَّا بالبنت، واستخفاء الواحد منهم وتغيبه عن مواجهة القوم من شدّة الحزن وسوء الخزي والعار والحياء الذي يلحقه بسبب البنت.
• Uca Allaha qız uşaqlarını nisbət edib, oğlan uşaqlarını isə özlərinə nisbət etmələri, qız uşaqlarına alçaq baxmaları, qız uşağı doğulduqda üzlərini qəm-qüssə, kədər bürüməsi və bu səbəbdən camaat arasına çıxmaqdan xəcalət çəkib utandığı üçün insanlardan qaçıb gizlənmələri müşriklərin cahil davranışlarından biridir.

• من سنن الله إمهال الكفار وعدم معاجلتهم بالعقوبة ليترك الفرصة لهم للإيمان والتوبة.
• Kafirlərin iman edib, tövbə etmələri üçün onlara fürsət verib, əzab verməyə tələsməmək, Uca Allahın sünnəsindəndir.

• مهمة النبي صلى الله عليه وسلم الكبرى هي تبيان ما جاء في القرآن، وبيان ما اختلف فيه أهل الملل والأهواء من الدين والأحكام، فتقوم الحجة عليهم ببيانه.
• Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən başlıca vəzifəsi Quranda nazil edilən ayələri insanlara bəyan etmək, müxtəlif din sahiblərinin və həmçinin öz havasına tabe olan kimsələrin ixtilafa düşdükləri dini və şəri hökmləri açıqlamaq və bunları açıqlamaqla onlar üzərində hüccət qaldırmaqdır.

 
Traduction des sens Verset: (61) Sourate: AN-NAHL
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture