Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (258) Sourate: AL-BAQARAH
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِي حَآجَّ إِبۡرَٰهِـۧمَ فِي رَبِّهِۦٓ أَنۡ ءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ إِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّيَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحۡيِۦ وَأُمِيتُۖ قَالَ إِبۡرَٰهِـۧمُ فَإِنَّ ٱللَّهَ يَأۡتِي بِٱلشَّمۡسِ مِنَ ٱلۡمَشۡرِقِ فَأۡتِ بِهَا مِنَ ٱلۡمَغۡرِبِ فَبُهِتَ ٱلَّذِي كَفَرَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ
Ey Peyğəmbər! Sən, İbrahim - aleyhissəlam - ilə Allahın Rəbb olması və təkliyi barədə mücadələ edən tağutun cürətindən daha təcüblü bir şey gördünmü?! O, Allaha qarşı cürət etdi, çünki Allah ona mal-dövlət verdi o isə bunun əvəzində həddini aşdı. İbrahim ona Rəbbinin sifətlərini bəyan edərək dedi: "Mənim Rəb­bim bütün məxluqatı dirildir və öl­dürür!". O azğın inadkarlıq edərək: "Mən də, diril­dirəm və öldürü­rəm, belə ki, istədiyimi öldürürəm və istədiyimi də əff edirəm!"– dedi. Bu zaman İbrahim - aleyhissəlam - ona daha tutarlı bir dəlil gətirərək belə dedi: "Mənim ibadət etdiyim Rəbbim gü­nə­şi məş­riq­ tərəfdən gətirir, sən isə onu məğ­rib­ tərəfdəndən gə­tir!". Bu zaman o azğın çaşbaş qaldıb, heç bir söz deyə bilmədi və dəlilin qüvvətindən məğlub oldu. Allah zalımlərin zülmünə və tüğyanına görə onları Öz doğru yola yönəlməyə müvəffəq etməz.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• من أعظم ما يميز أهل الإيمان أنهم على هدى وبصيرة من الله تعالى في كل شؤونهم الدينية والدنيوية، بخلاف أهل الكفر.
• İman əhlini küfür əhlindən ayır edən ən böyük əlamət, iman əhlinin hər bir dini və dünyavi işlərində, Uca Allahdan olan doğru yolu və bəsirət üzərində olmasıdır.

• من أعظم أسباب الطغيان الغرور بالقوة والسلطان حتى يعمى المرء عن حقيقة حاله.
• Həddi aşmağın ən başlıca səbəbi, insanın öz həqiqi halını görə bilməyəcək dərəcədə kor olub, güc-qüvvəti və hökmüranlığı ilə qürurlanmasıdır.

• مشروعية مناظرة أهل الباطل لبيان الحق، وكشف ضلالهم عن الهدى.
• Batil əhlinə haqqı və onların doğru yoldan azdığlarını bəyan etmək üçün onlar ilə dialoq etməyin icazəli olması.

• عظم قدرة الله تعالى؛ فلا يُعْجِزُهُ شيء، ومن ذلك إحياء الموتى.
• Uca Allahın qüdrətinin əzəməti, belə ki, Onu, ölüləri diriltmək kimi heç bir şey aciz edə bilməz.

 
Traduction des sens Verset: (258) Sourate: AL-BAQARAH
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture