Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (25) Sourate: SÂD
فَغَفَرۡنَا لَهُۥ ذَٰلِكَۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ
Biz onun tövbəsini qəbul edib bu səhvi ona bağış­la­dıq. Həqi­qə­tən, o, Bizə yaxın olanlardandır və onun üçün Axirətdə gözəl qayıdış yeri hazırlanmışdır.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• بيان فضائل نبي الله داود وما اختصه الله به من الآيات.
Allahın peyğəmbəri Davudun (aleyhissəlam) üstünlüklərinin və Allahın məhz ona bəxş etdiyi möcüzələrin bəyan edilməsi.

• الأنبياء - صلوات الله وسلامه عليهم - معصومون من الخطأ فيما يبلغون عن الله تعالى؛ لأن مقصود الرسالة لا يحصل إلا بذلك، ولكن قد يجري منهم بعض مقتضيات الطبيعة بنسيان أو غفلة عن حكم، ولكن الله يتداركهم ويبادرهم بلطفه.
Peyğəmbərlər - Allahın onlara salavatı və salamı olsun - Uca Allahdan təbliğ etdikləri işlərdə xətadan məsumdurlar. Çünki Allahın göndərdiyi risalət yalnız bu yolla tamamlana bilər. Amma onların unutqanlığından və ya məsələnin hökmünü bilmədiyindən dolayı təbii xətalara yol verməsi mümkündür, lakin Allah öz lütfü ilə onların yadına salır və onları xəbərdar edir.

• استدل بعض العلماء بقوله تعالى: ﴿ وَإِنَّ كَثِيرًا مِّنَ اْلْخُلَطَآءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَى بَعْضٍ ﴾ على مشروعية الشركة بين اثنين وأكثر.
Bəzi alimlər Uca Allahın: ﴾Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar﴿ sözünün, iki və daha çox adam arasında şərikli ticarətin qurulmasının caiz olduğuna dəlalət etdiyini demişlər.

• ينبغي التزام الأدب في الدخول على أهل الفضل والمكانة.
Fəzilətli və möhtərəm insanların yanına daxil olduqda ədəb qaydalarına riayət etmək gərəkdir.

 
Traduction des sens Verset: (25) Sourate: SÂD
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture