Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (78) Sourate: AN-NISÂ’
أَيۡنَمَا تَكُونُواْ يُدۡرِككُّمُ ٱلۡمَوۡتُ وَلَوۡ كُنتُمۡ فِي بُرُوجٖ مُّشَيَّدَةٖۗ وَإِن تُصِبۡهُمۡ حَسَنَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِ ٱللَّهِۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِكَۚ قُلۡ كُلّٞ مِّنۡ عِندِ ٱللَّهِۖ فَمَالِ هَٰٓؤُلَآءِ ٱلۡقَوۡمِ لَا يَكَادُونَ يَفۡقَهُونَ حَدِيثٗا
Harada olursunuzsa olun, hətta döyüş meydanından uzaq bir yerdə, möhkəm qəsirlər içərisində ol­sanız belə əcəliniz gəldikdə ölüm sizi haqlayacaqdır. Bu münafiqlərə, övlad və ya bol ruzi kimi sevdikləri bir yaxşılıq üz ver­dik­də: "Bu, Allahdandır!" – deyər, övlad və ruzilərində xoşlamadıqları bir pislik üz verdikdə isə Peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı bədbinlik edərək: "Bu pislik, sənin səbəbindəndir!"– deyərlər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Xoşladığınız və xoşlamadığınızın ha­mısı Allahın qəza və qədəri ilədir!". Bu söz deyən adam­la­ra nə olub ki, az qala sənin onlara dediyin kəlamı də anlamırlar?!
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• وجوب القتال لإعلاء كلمة الله ونصرة المستضعفين، وذم الخوف والجبن والاعتراض على أحكام الله.
• Allah kəlməsini uca tutmaq və zəyiflərə yardım etmək üçün döyüşməyin vacib olması. Allahın hökmlərindən üz çevirməyin, cəsarətsizliyin və qorxunun məzəmmət olunması.

• الدار الآخرة خير من الدنيا وما فيها من متاع وشهوات لمن اتقى الله تعالى وعمل بطاعته.
• Uca Allahdan qorxub və saleh əməllər edənlər üçün axirət həyatı dünya və onun içərisində olan ləzzətlərdən və şəhvətlərdən daha xeyirlidir.

• الخير والشر كله بقدر الله، وقد يبتلي الله عباده ببعض السوء في الدنيا لأسباب، منها: ذنوبهم ومعاصيهم.
• Xeyir və şərin hamısı Allahın qədəri ilədir. Bəzən Allah qulunu dünyada günahlar və asiliklər kimi etdiyi bəzi pisliklər səbəbindən imtahana çəkir.

 
Traduction des sens Verset: (78) Sourate: AN-NISÂ’
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture