કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (37) સૂરહ: સબા
وَمَآ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُم بِٱلَّتِي تُقَرِّبُكُمۡ عِندَنَا زُلۡفَىٰٓ إِلَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ لَهُمۡ جَزَآءُ ٱلضِّعۡفِ بِمَا عَمِلُواْ وَهُمۡ فِي ٱلۡغُرُفَٰتِ ءَامِنُونَ
Sizi Allahın razılığını qazanmağa yaxınlaşdıra bi­ləcək nə öyündüyünüz var-dövlətiniz, nə də oğul-uşağınızdır. Lakin Allaha iman gətirib yaxşı iş görənlərin müka­fat­la­rı et­dikləri əməllərə görə qat-qat ar­tı­rı­la­caq. Belə ki, insanın Allah yolunda xərclədiyi mal-dövləti və övladların onun üçün etdiyi dua onu Allaha yaxınlaşdırır. Saleh əməllər edən o möminləri etdikləri yaxşılıqlara görə, qat-qat artırılmış mükafat gözləyir. Onlar Cən­nət­dəki yüksək mənzillərdə, qorxduqları hər bir şeydən - əzaba düçar olmayacaqlarından, ölməyəcəklərindən və nemətlərin tükənməyəcəyindən xatircəm olduqları halda yaşayacaqlar.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• تبرؤ الأتباع والمتبوعين بعضهم من بعض، لا يُعْفِي كلًّا من مسؤوليته.
Tabe olanlarla özlərinə tabe olunanların bir-birlərini ittiham edib, özlərini təmizə çıxarmaları, onlardan heç birinə məsuliyyətdən yaxa qurtarmaq üçün fayda verməyəcək.

• الترف مُبْعِد عن الإذعان للحق والانقياد له.
Cah-calal içində yaşamaq insanı haqqı dinləməkdən və ona tabe olmaqdan uzaqlaşdıran səbəblərdəndir.

• المؤمن ينفعه ماله وولده، والكافر لا ينتفع بهما.
Möminin mal-dövləti və övladı ona fayda verər, kafirin isə mal-dövləti və övladı ona heç bir fayda verməz.

• الإنفاق في سبيل الله يؤدي إلى إخلاف المال في الدنيا، والجزاء الحسن في الآخرة.
Mal-dövlətdən Allah yolunda xərcləmək bu dünyada o malın artması, axirətdə də gözəl mükafata nail olmaq üçün səbəbdir.

 
શબ્દોનું ભાષાંતર આયત: (37) સૂરહ: સબા
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - ભાષાંતરોની અનુક્રમણિકા

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

બંધ કરો