Check out the new design

क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का अज़ेरी अनुवाद * - अनुवादों की सूची


अर्थों का अनुवाद सूरा: अश्-शु-अ़-रा   आयत:
مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ
Axı Allahın əzabı onları haqladığı zaman dünya naz-nemətləri onlara nə fayda verəcəkdir?! Artıq o nemətlər onlardan alınmış və o nemətlərdən heç bir əsər-əlamət də qalmamışdır.
अरबी तफ़सीरें:
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ
Biz heç bir ümməti, elçilər göndərib və kitablar nazil edərək xəbərdarlıq etməzdən öncə məhv etmədik.
अरबी तफ़सीरें:
ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ
Biz bunu, onlara öyüd-nəsihət vermək və xatırlatmaq üçün belə etdik. Biz onlara, elçilər göndərib və kitablar nazil edərək bütün üzürləri aradan qaldırdıqdan sonra əzab verməyimizlə əsla zalımlardan olmadıq!
अरबी तफ़सीरें:
وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ
Bu Quranı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə şeytanlar endir­məmişdir.
अरबी तफ़सीरें:
وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ
Şeytanlar, Quranı Peyğəmbərin -sallallahu aleyhi və səlləm- qəlbinə endirməyə layiq deyil­lər və onlar heç bunu bacarmazlar da!
अरबी तफ़सीरें:
إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ
Şeytanlar vəhyin səmadakı mənanından kənar edildikləri üçün onlar vəhyi əsla eşidə bilməzlər. Belə olduğu təqdirdə axı onlar necə vəyhi eşidib, sonra da onu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə endirə bilərlər?!
अरबी तफ़सीरें:
فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ
Odur ki, Allahla bərabər, Ona şərik qoşaraq, Ondan başqa bir məbuda ibadət etmə, yox­sa bu səbəbdən əzaba düçar edilən­lər­dən olarsan!
अरबी तफ़सीरें:
وَأَنذِرۡ عَشِيرَتَكَ ٱلۡأَقۡرَبِينَ
Ey Peyğəmbər! Qövmündən ən yaxın qohum-əqrəbalarını, Allaha şərik qoşacaqları təqdirdə Allahın şiddətli əzabına düçar olacaqları barədə xəbərdar et!
अरबी तफ़सीरें:
وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
Ey Peyğəmbər! Sənə tabe olan mömin­lərə sözdə və əməldə, şəfqət və rəhmət göstərərək, yumşaq davran!
अरबी तफ़सीरें:
فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ
Əgər sənə qarşı üsyan edib, tək Allaha ibadət və itaət etməyi əmr etdiyin zaman sənə tabeçilik göstərməsələr bu zaman onlara belə de: "Şüb­­həsiz ki, mən si­zin et­di­yiniz şirk və asiliklərinizdən uza­ğam!"
अरबी तफ़सीरें:
وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ
Ey Peyğəmbər! Sən bütün işlərində, düşmənlərindən intiqam alan yenilməz qüdrət sahibinə və həmçinin qullarından tövbə ediblərə qarşı mərhəmətli olan Allaha tə­vək­kül et!
अरबी तफ़सीरें:
ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ
O Allah ki, namaza qalxdığın zaman da səni görür,
अरबी तफ़सीरें:
وَتَقَلُّبَكَ فِي ٱلسَّٰجِدِينَ
O Allah ki, səni namaz qılanlar arasında rüku və səcdə etdiyini görür. Etdiyin əməllərdən Allaha heç bir şey gizli qalmadığı kimi, insanların da etdikləri əməllərdən Ona heç bir şey gizli qalmaz.
अरबी तफ़सीरें:
إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
Şübhəsiz ki, Allah, oxuduğun Quranı, namazda etdiyin zikirləri eşidəndir və qəlbindən keçənləri də bi­ləndir!
अरबी तफ़सीरें:
هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ
(Ey müşriklər!) Bu Quranı endirdiyini iddia etdiyiniz şeytanların kimə nazil olduq­la­rını sizə xəbər ve­rim­mi?
अरबी तफ़सीरें:
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٖ
Şeytanlar, günahkar, yalançı və üsyankar kahinlərə nazil olarlar.
अरबी तफ़सीरें:
يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ
Şeytanlar, ali toplumda, mələklərin söhbətlərinə gizli-qizli qulaq asıb oradan oğurladıqları bəzi kəlmələri kahinlərdən olan dostlarının qulağına pıçıldayaraq onlara təlqin edər­lər. Hal­bu­ki kahinlərin əksəriyyəti ya­lançıdırlar. Əgər onlar bir kəlməni doğru desələr, onunla bərabər yüz kəlməni yalan deyərlər.
अरबी तफ़सीरें:
وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ
Muhəmmədin (sallallahu aleyhi və səlləm) onlardan olduğunu iddia etdiyiniz şairlərə gəldikdə isə, on­lara an­caq haqq yoldan azmışlar və şairlərin söylədikləri şeirləri öz aralarınada biri-birlərinə rəvayət edərlər uyarlar.
अरबी तफ़सीरें:
أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٖ يَهِيمُونَ
Ey Peyğəmbər! Məgər sən onların vadilərdə, birini yalandan onu mədh edib, digərini isə əbəs yerə məzəmmət edib və bəzilərinə də xoşa gəlməz adlar qoşaraq veyl-veyl gə­zib dolaşdıqlarını görmürsənmi?
अरबी तफ़सीरें:
وَأَنَّهُمۡ يَقُولُونَ مَا لَا يَفۡعَلُونَ
Şübhəsiz ki onlar, yalan söyləyirlər və etmədikləri bir iş barədə: "Biz filan işi belə etdik" deyirlər.
अरबी तफ़सीरें:
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ
Şairlərdən yalnız iman gətirənlər, saleh əməllər işləyənlər, Allahı çox zikr edənlər və Həssən bin Sabit - Allah ondan razı olsun - kimi zülmə məruz qaldıqdan sonra Allahın düşmənlərindən intiqam alan şairlər müstəsnadır. Allaha şərik qoşmaqla və Allahın qullarına qarşı haqsızlıq etməklə həddlərini aşanlar qiyamət günü qayıdacaqları yeri mütləq bilə­cəklər. Onlar əzəmətli bir yerə və dəqiq haqq-hesaba dönəcəklər.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• إثبات العدل لله، ونفي الظلم عنه.
• Yuxarıda qeyd edilən ayələrdə Allahın ədalətli olması isbat edilmiş və zülm sifətləri Ondan uzaqlaşdırılmışdır.

• تنزيه القرآن عن قرب الشياطين منه.
• Quran, şeytanların ona yaxınlaşmasından mühafizə edilmişdir.

• أهمية اللين والرفق للدعاة إلى الله.
• Allaha dəvət edən kimsələrin, insanlarla mülayim və nəzakətli rəftar etmələrinin əhəmiyyəti.

• الشعر حَسَنُهُ حَسَن، وقبيحه قبيح.
• Şeirin yaxşısı yaxşı, pisi də, pisdir.

 
अर्थों का अनुवाद सूरा: अश्-शु-अ़-रा
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का अज़ेरी अनुवाद - अनुवादों की सूची

कुरआनिक अध्ययन के लिए कार्यरत व्याख्या केंद्र द्वारा निर्गत।

बंद करें