क़ुरआन के अर्थों का अनुवाद - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - अनुवादों की सूची


अर्थों का अनुवाद आयत: (19) सूरा: सूरा सबा
فَقَالُواْ رَبَّنَا بَٰعِدۡ بَيۡنَ أَسۡفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَ وَمَزَّقۡنَٰهُمۡ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ
Onlar isə Allahın bəxş etdiyi nemətə - o məsafələrin yaxın olduğuna naşükürlük edib: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­ləri yox etməklə aralarındakı məsafəni uzaq et ki, səfərin yorğunluğunu dadaq və miniklərimizin üstünlüyü bilinsin!”- dedilər və Allahın nemətinə küfr etməklə, Ona şükür etməkdən boyun qaçırmaqla və bir də aralarındakı kasıblara həsəd aparmaqla özlə­rinə zülm et­di­lər. Biz onları özlərindən sonra gələnlərin dilində dastan etdik və həmçinin onları yaşadıqları şəhərlərdə pərən-pərən saldıq və bundan sonra onlar öz aralarında bir-biriləri ilə görüşə bilmədilər. Həqi­qə­tən, bu deyilənlərdə - Səba qəbiləsinə nemət verilməsində, sonra da, onların nankorluqlarına və təkəbbürlüklərinə görə onlardan intiqam alınmasında, Allaha olan itaətdə, Ona asilik etməkdən çəkinməkdə və bir də müsibət gəldikdə səbirli olan və Allahın nemətlərinə şü­kür edən hər kəs üçün ibrət vardır.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• الشكر يحفظ النعم، والجحود يسبب سلبها.
Şükr etmək nemətin qalmasına, nankorluq etmək isə onun yox olmasına səbəbdir.

• الأمن من أعظم النعم التي يمتنّ الله بها على العباد.
Əmin-amanlıq Allahın Öz qullarına bəxş etdiyi ən böyük nemətlərdəndir.

• الإيمان الصحيح يعصم من اتباع إغواء الشيطان بإذن الله.
Doğru-düzgün iman gətirmək insanı Allahın izni ilə şeytanın hiyləsindən qoruyur.

• ظهور إبطال أسباب الشرك ومداخله كالزعم بأن للأصنام مُلْكًا أو مشاركة لله، أو إعانة أو شفاعة عند الله.
Şirkin səbəblərinin və ona aparan bütün yolların batil olduğunun aşkar olması. Məsələn, bütlərin mülk sahibi və ya Allaha şərik olması, yaxud Allaha köməkçi olması və ya Onun yanında şəfaətçilik etməsini iddia etmək.

 
अर्थों का अनुवाद आयत: (19) सूरा: सूरा सबा
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - अनुवादों की सूची

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बंद करें