Check out the new design

क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का अज़ेरी अनुवाद * - अनुवादों की सूची


अर्थों का अनुवाद सूरा: अल्-वाक़िआ़   आयत:
إِنَّهُۥ لَقُرۡءَانٞ كَرِيمٞ
Ey insanlar! Sizə oxunan bu Quran, içində əzəmətli faydalar olduğuna görə, həqiqətən də, ehtirama layiq olan dəyərli bir Qurandır.
अरबी तफ़सीरें:
فِي كِتَٰبٖ مَّكۡنُونٖ
İnsanların görmədiyi bir kitabda - Lövhi-məhfuzda qorunub saxlanan kitabdır.
अरबी तफ़सीरें:
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ
Ona ancaq günahlardan və eyiblərdən uzaq olan mələklər toxuna bilər.
अरबी तफ़सीरें:
تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
O, məxluqatın Rəbbi tərəfindən Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmişdir!
अरबी तफ़सीरें:
أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ
Ey müşriklər! Siz bu kəlamı yalan sa­yırsınız, ona inanmırsınız?!
अरबी तफ़सीरें:
وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ
Allahın sizə verdiyi nemətlərə şükür etməyi, onu yalan saymaqla ye­rinə ye­ti­rirsiniz?! Yağışın yağmasını ulduzla əlaqələndirib: "Bizə filan və filan ulduz sayəsində yağış yağır" - deyirsiniz?!
अरबी तफ़सीरें:
فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ
Ruh hülquma yetişdiyi za­man,
अरबी तफ़सीरें:
وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ
Həmin vaxt siz önünüzdə can verən adama baxıb durursunuz.
अरबी तफ़सीरें:
وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ
Biz Öz elmimiz, qüdrətimiz və mələklərimizlə sizin ölünüzə sizdən daha yaxın olu­ruq, lakin siz o mələkləri gör­mür­sü­nüz.
अरबी तफ़सीरें:
فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ
Madam ki, siz iddianıza görə əməllərinizin əvəzini almaq üçün haqq-hesab olunmaya­caq­sınız -
अरबी तफ़सीरें:
تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ
Əgər doğru danışanlarsı­nız, onda, ölünüzdən çıxan o ruhu geri qaytarın! Siz bunu bacara bilməzsiniz.
अरबी तफ़सीरें:
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ
Amma əgər o can verən adam, yaxşı işlər görməyə tələsən kimsələrdəndirsə,
अरबी तफ़सीरें:
فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ
Onda o, rahatlıq tapar və bundan sonra heç vaxt yorulmaz, üstəlik, gözəl ru­zi əldə edər və Nəim cənnətində nəfsi çəkdiyi hər bir nemətdən istifadə edər.
अरबी तफ़सीरें:
وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ
Əgər ölən adam sağ tərəf sahib­lərin­dən­dirsə, belələrinin aqibətinə görə narahat olma, çünki onları salamatlıq və əmin-amanlıq gözləyir.
अरबी तफ़सीरें:
فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ
Əgər ölən adam sağ tərəf sahib­lərin­dən­dirsə, belələrinin aqibətinə görə narahat olma, çünki onları salamatlıq və əmin-amanlıq gözləyir.
अरबी तफ़सीरें:
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ
Yox əgər ölən adam Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi risaləti yalan sayan­lar­dan və doğru yoldan azanlardandırsa,
अरबी तफ़सीरें:
فَنُزُلٞ مِّنۡ حَمِيمٖ
Ona veriləcək ziyafət, hərarəti olduqca şiddətli olan qaynar su olacaqdır,
अरबी तफ़सीरें:
وَتَصۡلِيَةُ جَحِيمٍ
Özü də Cəhənnəm odunda ya­nacaqdır.
अरबी तफ़सीरें:
إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ
Ey Peyğəmbər! Bizim sənə anlatdığımız bu hadisələr, doğrudan da, təkzibolunmaz bir həqiqətdir.
अरबी तफ़सीरें:
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
Elə isə əzəmətli Rəbbinin adına təriflər de və Onun bütün eyib və nöqsanlardan uca tut!
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
Ölüm bihuşluğunun olduqca dəhşətli olması və insanın bunu dəf etməyə qadir olmaması.

• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
Əslində insan mələkləri görmür, yalnız müəyyən hikmətdən dolayı Allah istədikdə görə bilir.

• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
Allahın (əl-Əvvəl, əl-Axır, əz-Zahir, əl-Batin) adları, Onun əzəmətli olduğunu və zahiri və batini işləriə nəzarət etdiyini qəbul etməyi tələb edir.

 
अर्थों का अनुवाद सूरा: अल्-वाक़िआ़
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का अज़ेरी अनुवाद - अनुवादों की सूची

कुरआनिक अध्ययन के लिए कार्यरत व्याख्या केंद्र द्वारा निर्गत।

बंद करें