クルアーンの対訳 - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (12) 章: 夜の旅章
وَجَعَلۡنَا ٱلَّيۡلَ وَٱلنَّهَارَ ءَايَتَيۡنِۖ فَمَحَوۡنَآ ءَايَةَ ٱلَّيۡلِ وَجَعَلۡنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبۡصِرَةٗ لِّتَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡ وَلِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ وَكُلَّ شَيۡءٖ فَصَّلۡنَٰهُ تَفۡصِيلٗا
Gecə və gündüz arasında uzunluq, qısalıq, istilik və soyuqluq baxımından fərqlər olduğu üçün, Biz gecə və gündüzü Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən iki əlamət olaraq yaratdıq. Gecəni yatıb istirahət etməniz üçün zülmət qaranlıq etdik. İnsanların görməsi və yer üzündə gəzib dolaşaraq ruzi qazanmaları üçün gündüzü də işıqlı, nurlu etdik. Siz il­lə­rin, ayların, günlərin və saatların sayını və he­sabı biləsiniz deyə, gecə və gündüzü bir-birini təqib edən bir şəkildə yaratdıq. Əşyaların bir-birindən və həmçinin haqqı batildən ayırd edilməsi üçün Biz hər bir şeyi açıq-aydın təf­silatı ilə izah et­dik.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• من اهتدى بهدي القرآن كان أكمل الناس وأقومهم وأهداهم في جميع أموره.
• Kim Quranın göstərdiyi doğru yola tabe olarsa, bütün işlərində insanların ən kamili, ən güclüsü və ən doğru yolda olanı olar.

• التحذير من الدعوة على النفس والأولاد بالشر.
• İnsanı özünə və övladlarına qarşı bəd dua etməkdən çəkindirmək.

• اختلاف الليل والنهار بالزيادة والنقص وتعاقبهما، وضوء النهار وظلمة الليل، كل ذلك دليل على وحدانية الله ووجوده وكمال علمه وقدرته.
• Gecə və gündüzün uzunluq və qısalıq baxımından bir-birindən fərqli olması və bir-birini təqib etməsi, gündüzün aydın nurlu, gecənin isə zülmət qaranlıq olması, bütün bunların hamısı Uca Allahın vəhdaniyyətinə, Onun mövcudluğuna, elminin və güdrətinin kamilliyinə dəlalət edir.

• تقرر الآيات مبدأ المسؤولية الشخصية، عدلًا من الله ورحمة بعباده.
• Yuxarıda qeyd edilən ayələr insanın onun üzərində olan məsuliyyəti hiss etməsini bir daha ortaya qoymaqdadır. Bu, Uca Allahın Öz qullarına qarış olan bir ədaləti və rəhmətidir.

 
対訳 節: (12) 章: 夜の旅章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる