Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(アゼルバイジャン語対訳) * - 対訳の目次


対訳 章: ヤ―・スィーン章   節:

Ya sin

本章の趣旨:
إثبات الرسالة والبعث ودلائلهما.
(Allahın göndərdiyi) risalətin, öldükdən sonra dirilməyin və bunlara aid dəlillərin isbatı.

يسٓ
﴾Ya. Sin.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
アラビア語 クルアーン注釈:
وَٱلۡقُرۡءَانِ ٱلۡحَكِيمِ
Allah, ayələri mükəmməlləşdirilmiş Qu­ra­na and içir. O Quran ki, ona nə önündən, nə də arxasından batil yaxınlaşa bilir.
アラビア語 クルアーン注釈:
إِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
Ey Peyğəmbər, həqiqətən də, sən, Allahın Öz qullarına, Allahın tək ilah olduğunu və təkcə Ona ibadət etməyi əmr etmək üçün göndərdiyi elçi­lərdən birisən.
アラビア語 クルアーン注釈:
عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
Sən doğru yoldasan və əsaslı şəriətə istinad edirsən. Bu doğru yol və əsaslı şəriət yenilməz qüvvət sahibi olan və mömin qullarına rəhm edən Rəbbindən nazil edilmişdir.
アラビア語 クルアーン注釈:
تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ
Sən doğru yoldasan və əsaslı şəriətə istinad edirsən. Bu doğru yol və əsaslı şəriət yenilməz qüvvət sahibi olan və mömin qullarına rəhm edən Rəbbindən nazil edilmişdir.
アラビア語 クルアーン注釈:
لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ
Quranı sənə nazil etdik ki, özlərinə qorxudan peyğəmbər gəlməmiş, özləri də imandan və tovhiddən qafil olan bir qövmü - ərəbləri qorxudub xəbərdar edə­sən. Xəbərdar edib qorxudan peyğəmbəri olmayan hər bir ümmətin halı da belədir, onların özlərini xəbərdar edib peyğəmbərə ehtiyacı vardır.
アラビア語 クルアーン注釈:
لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ
Allahın əzabı onların əksəriyyətinə vacib oldu. Çünki Allahın nazil etdiyi haqq Peyğəmbərinin dili ilə onlara təbliğ edilərkən onlar ona iman gətirmədilər və öz küfrlərində qaldılar. Onlar nə Allaha, nə Onun rəsuluna iman gətirir, nə də onun gətirdiyi haqqın tələblərini yerinə yetirirlər.
アラビア語 クルアーン注釈:
إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ
Onların məsəli boyunlarına zəncir vurulmuş, əlləri də çənələrinin altından boyunlarına zəncirlənmiş kimsəyə bənzəyirlər. Onlar başlarını göyə qaldırmaq məcburiyyətindədirlər, çünki başlarını aşağı əyə bilmirlər. Onlar Allaha iman gətirməkdən məhrum olublar. Odur ki, nə ona itaət edir, nə də Ona görə boyun əyirlər.
アラビア語 クルアーン注釈:
وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ
Biz haqq ilə onların arasına, önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı özlərinə fayda verəcək bir şəkildə görə bilmirlər. Onlar inadkarlıq göstərdikdən və küfr etməkdə israrlı olduqdan sonra bu vəziyyətə qaldılar.
アラビア語 クルアーン注釈:
وَسَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ
Ey Muhəmməd, haqqı qəbul etməyən o inadkar kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, sənin Allahdan gətirdiyinə iman gətirməzlər.
アラビア語 クルアーン注釈:
إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكۡرَ وَخَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِۖ فَبَشِّرۡهُ بِمَغۡفِرَةٖ وَأَجۡرٖ كَرِيمٍ
Sənin xəbərdarlığından ancaq bu Quranı təsdiq edib onun tələblərini yerinə yetirən, üstəlik, heç bir kimsənin görmədiyi yerdə, xəlvətdə ikən öz Rəbbindən qorxan kimsə faydalana bilər. Bu xislətləri özündə cəm edən kimsələrə müjdə ver ki, Allah onun günahlarını bağış­lamışdır və onları böyük bir mükafat - Cənnət gözləyir.
アラビア語 クルアーン注釈:
إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ
Həqiqətən, qiyamət günü haqq-hesaba çəkilmək üçün ölüləri dirildən, onla­rın dünya həyatlarında etdikləri yaxşı və pis əməlləri, habelə, ölüdükdən sonra qoyub get­diklə­ri - ardıkəsilməz sədəqə kimi yaxşı əməllərini və bir də küfr etmək kimi pis əməllərini ya­zan Bizik. Biz hər şe­yi açıq-ay­dın yazıda - Lövhi-məhfuzda qeydə almışıq.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• العناد مانع من الهداية إلى الحق.
İnadkarlıq haqqa qovuşmağa əngəl törədən maneələrdəndir.

• العمل بالقرآن وخشية الله من أسباب دخول الجنة.
Quranın tələblərini yerinə yetirmək və Allahdan qorxmaq, Cənnətə aparan səbəblərdən biridir.

• فضل الولد الصالح والصدقة الجارية وما شابههما على العبد المؤمن.
Əməlisaleh övladın, davamlı sədəqənin və buna bənzər işlərin mömin kimsəyə fayda verməsi.

 
対訳 章: ヤ―・スィーン章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(アゼルバイジャン語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる