Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(アゼルバイジャン語対訳) * - 対訳の目次


対訳 節: (33) 章: 婦人章
وَلِكُلّٖ جَعَلۡنَا مَوَٰلِيَ مِمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَۚ وَٱلَّذِينَ عَقَدَتۡ أَيۡمَٰنُكُمۡ فَـَٔاتُوهُمۡ نَصِيبَهُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا
Biz sizdən hər biriniz üçün valideyn­lə­rin və ya­xın qohumların tərk etdikləri mal­dan öz pay­larını ala­caq əsabə - mirasdan heç bir müəyyən payları olmadan, təqdirsiz miras payı alan qohumlar- varislər təyin et­dik. Bir-birinizə yardım etməniz üçün ağır andlar içib, əhd bağladığınız kəs­lə­rə də mirasdan onların öz pay­larını verin. Hə­qiqətən, Allah hər şeyə şa­hid­dir. Bu şahidlikdən biridə, Allahın sizin andlarınıza və əhdlərinizə şahid olmasıdır. Qəbilələr arasında bağlanan ittifaq səbəbi ilə bir-birinə varis olaq İslamın ilkin çağında mövcud idi, miras ayələri nazil edildikdən sonra isə bu hökm ləğv edildi.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• سعة رحمة الله بعباده؛ فهو سبحانه يحب التوبة منهم، والتخفيف عنهم، وأما أهل الشهوات فإنما يريدون بهم ضلالًا عن الهدى.
• Allahın qullarına olan rəhmətinin genişliyi, belə ki, pak Allah, onların tövbə etməsini və şəriət hökm­­ləri onlar üçün asanlaşdırmağı sevər. Amma eh­ti­ras­la­rına uyan­lar isə Allahın qullarını haqq yoldan azmanızı istəyərlər.

• حفظت الشريعة حقوق الناس؛ فحرمت الاعتداء على الأنفس والأموال والأعراض، ورتبت أعظم العقوبة على ذلك.
• Şəriət insanların hüquqlarını qorumuşdur və elə bu baxımdan canlara, mallara və namuslara təcavüz etməyi haram etmiş və bunu edən kimsəyə böyük bir əzab vəd etmişdir.

• الابتعاد عن كبائر الذنوب سبب لدخول الجنة ومغفرة للصغائر.
• Böyük günahlardan uzaqlaşmaq, Cənnətə daxil olmaq və kiçik günahların bağışlanması üçün səbəbdir.

• الرضا بما قسم الله، وترك التطلع لما في يد الناس؛ يُجنِّب المرء الحسد والسخط على قدر الله تعالى.
• Allahın bəxş etdiyinə razı qalmaq və başqalarının əllərində olana tamah salmamaq, insanı uca Allahın qədərinə həsəd aparmaqdan və qəzəblənməkdən çəkindirir.

 
対訳 節: (33) 章: 婦人章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(アゼルバイジャン語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる