Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់កមើរ   អាយ៉ាត់:

əl-Qəmər

គោល​បំណងនៃជំពូក:
التذكير بنعمة تيسير القرآن، وما فيه من الآيات والنذر.
Quranın insanlar üçün asanlaşdırılması nemətini, habelə, orada olan dəlilləri və xəbardarlıqları xatırlatmaq.

ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ
Qiyamət saatı yaxınlaşdı və ay Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə yarıldı. Onun yarılması Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əyani möcüzələrindən biri idi.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ
Müşriklər Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığını isbat edən bir dəlil-sübut gördükdə, onu qəbul etməyib deyirlər: “Gördüyümüz bu dəlil-sübutlar batil bir sehrdir”.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ
Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətərdiyi haqqı yalan saydılar və bunu təkzib etmək xüsusunda öz nəfslərinin is­tək­lə­ri­nə uydular. Halbuki qiyamət günü hər bir əməlin əvəzi - istər xeyir olsun, istərsə şər - öz sahibinə yetişəcəkdir.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ
Onlar, küfrlərinə və zülmlərinə son qoysunlar deyə, etdikləri küfr və zülmə görə Allahın həlak etdiyi neçə-ne­çə ümmətlər barədə xəbərlər onlara gəlib çatmışdır.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ
Onlara gələn bu xəbərlər, özlərinin əlehinə hüccət olan tam bir hikmətdir. Lakin Allaha və axirət gününə iman gətirməyən bir qövmə təhdid­lər heç bir fay­da verməz.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ
Ey Peyğəmbər! Əgər onlar doğru yola gəlməsə, sən, onları tərk et, onlardan üz çevir və sura üfürəcək mələyin on­ları qorxuya salacağı, heç bir canlının bənzərini görmədiyi bir işdən ötrü çağı­ra­cağı günü gözlə.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عدم التأثر بالقرآن نذير شؤم.
Qurandan təsirlənməmək, bədbəxtlik əlamətidir.

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
Nəfsin istəyinə uymağın dünya və axirətdə təhlükəli olması.

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
Əvvəlki ümmətlərin həlak olduğundan ibrət almamaq, kafirlərin xislətlərindəndir.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់កមើរ
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ