Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ * - សន្ទស្សន៍នៃការបកប្រែ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ជិន   អាយ៉ាត់:

əl-Cinn

قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٞ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبٗا
(Ey Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran eşitdik!
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
يَهۡدِيٓ إِلَى ٱلرُّشۡدِ فَـَٔامَنَّا بِهِۦۖ وَلَن نُّشۡرِكَ بِرَبِّنَآ أَحَدٗا
O, doğru yola yönəldir. Biz ona iman gətirdik və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةٗ وَلَا وَلَدٗا
Doğrudan da, Rəbbimizin əzəməti çox ucadır. O Özünə nə bir zövcə, nə də bir övlad götürmüşdür.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطٗا
Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz yalan danışırmış.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَى ٱللَّهِ كَذِبٗا
Biz isə insanların və cinlərin Allah barəsində əsla yalan söyləməyəcəklərini zənn edirdik.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّهُۥ كَانَ رِجَالٞ مِّنَ ٱلۡإِنسِ يَعُوذُونَ بِرِجَالٖ مِّنَ ٱلۡجِنِّ فَزَادُوهُمۡ رَهَقٗا
Həqiqətən, insanlardan bəziləri (cahiliyyət dövründə) cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّهُمۡ ظَنُّواْ كَمَا ظَنَنتُمۡ أَن لَّن يَبۡعَثَ ٱللَّهُ أَحَدٗا
(Ey cinlər!) Onlar (insan) da siz zənn etdiyiniz kimi, Allah heç kəsi (öldükdən sonra yenidən) diriltməyəcəyini zənn edirdilər.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّا لَمَسۡنَا ٱلسَّمَآءَ فَوَجَدۡنَٰهَا مُلِئَتۡ حَرَسٗا شَدِيدٗا وَشُهُبٗا
Biz səmaya qalxdıqda onun (mələklərdən ibarət) sərt gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابٗا رَّصَدٗا
Halbuki (daha öncə) biz (mələklərin söhbətini) dinləmək üçün göyün bəzi yerlərində otururduq. Amma indi kim (onları) dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan ulduza rast gələr.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّا لَا نَدۡرِيٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِي ٱلۡأَرۡضِ أَمۡ أَرَادَ بِهِمۡ رَبُّهُمۡ رَشَدٗا
Biz bilmirik (mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə), yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَۖ كُنَّا طَرَآئِقَ قِدَدٗا
Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعۡجِزَ ٱللَّهَ فِي ٱلۡأَرۡضِ وَلَن نُّعۡجِزَهُۥ هَرَبٗا
Biz yer üzündə Allahı aciz buraxmayacağımızı və qaçaraq da Ondan canımızı qurtara bilməyəcəyimizi anladıq.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَأَنَّا لَمَّا سَمِعۡنَا ٱلۡهُدَىٰٓ ءَامَنَّا بِهِۦۖ فَمَن يُؤۡمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخۡسٗا وَلَا رَهَقٗا
Biz doğru yolu göstərən rəhbəri (Quranı) eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ជិន
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ - សន្ទស្សន៍នៃការបកប្រែ

បានបកប្រែដោយលោកអាលី ខន ម៉ូសាយុីហ្វ។ ត្រូវបានអភិវឌ្ឍន៍ដោយការត្រួតពិនិត្យពីមជ្ឍមណ្ឌលបកប្រែរ៉ូវ៉ាទ ការបកប្រែដើមអាចចូលមើលបានក្នុងគោលបំណងផ្តល់យោបល់ វាយតម្លៃ និងអភិវឌ្ឍន៍បន្ត។

បិទ