Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಶ್ಶುಅರಾಅ್   ಶ್ಲೋಕ:
كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ
Lutun qövmü, peyğəmbərləri Lutu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ
Nəsəb baxımından qardaşları olan Lut onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan şərik qoşmağı tərk edib, Ondan qorxmayacaqsınızmı?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allah adında sizə nə artıq, nə də ki, əksik bir şey şöyləmərəm.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ
Doğrudanmı, siz insan­lar içində ancaq kişilərə arxalarından ya­xın­lıq edirsiniz?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ
Uca Allahın şəhvətlərinizi ödəyəsiz deyə sizin üçün yarat­dığı qadınlarınıza öndən yaxınlaşmağı tərk edir­si­niz?! Siz, hə­qiqətən də, çirkin bu əməli etməklə Allahın qoyduğu həddi aşan adamlarsı­nız".
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ
Qövmü ona belə dedi: "Ey Nuh! Əgər bu işimizdə bizə mane olmağa çalışsan və bizi bu işdən çəkindirməyə son qoymasan, mütləq sən və səninlə birğə olanlar yurdumuzdan daşqalaq edilərək, qovulub çıxarılanlardan olacaqsınız!"
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ
Lut onlara dedi: "Həqiqətən, mən sizin bu çirkin əməl­lərinizə nifrət və qəzəb edən­lərdə­nəm!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ
Lut Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Bunların etdikləri bu çirkin əməllərinə görə başlarına gələcək əzabdan məni və ailə­mi xi­las et!"
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
Biz onun duasını qəbul edib, onu və onun bütün ailəsini xilas etdik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
Yalnız Lutun zövcəsindən başqa. Çünki o, kafir idi. Beləliklə də, o, geridə qalıb həlak olanlardan oldu.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
Lut və onun ailəsi Sədum diyarından çıxdıqdan sonra Biz Lutun geridə qalan qövmünü ən şiddətli bir şəkildə məhv edik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ
Biz onların üstünə yağışın yağdığı kimi göydən daş­lar yağdırdıq. Lutun, uca Allahın əzabından xəbərdar edib, çəkindirtdiyi bu yağış necə də pis bir yağışı imiş! Bu əzab onların başına etdikləri çirkin əmələri üzündə gəldi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Şübhəsiz ki, etdikləri çirkin əməlləri üzündən Lutun qövmünə göndərilən bu əzabda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ
Mədyən yaxınlığındakı sarmaşıq ağacları olan kəndin əhalisi də peyğəmbərləri Şueybi -Aleyhissəlam- yalançı saymaqla göndərilən bütün peyğəmbərləri ya­lançı saymış oldular.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ
O zaman peyğəmbərləri Şueyb onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadəti tərk edib Allahdan çəkinmirsinizmi?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allahın mənə təbliğ etməyi əmr etdiyinə heç bir ziyadə və naqislik etmərəm.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
۞ أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ
İnsanlara satdığınız zaman ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ
Başqası üçün çəkdiyiniz zaman düz tərəzi ilə çəkin!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
İnsanların haqqnı əksiltməyin və yer üzündə günahlar etməklə orada fitnə-fə­sad törətməyin!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• اللواط شذوذ عن الفطرة ومنكر عظيم.
• livat (homoseksualizim): cinsi azğınlıq, çirkin davranış və böyük bir günahdır.

• من الابتلاء للداعية أن يكون أهل بيته من أصحاب الكفر أو المعاصي.
• Dəvətçi kimsənin başına gələn imtahanlardan biri də, ailə üzvlərindən hər hansı birinin küfür və günah əhlindən olmasıdır.

• العلاقات الأرضية ما لم يصحبها الإيمان، لا تنفع صاحبها إذا نزل العذاب.
• Əgər insan iman etməyibsə, Allahın əzabı gəldiyi zaman ona kimsə o əzabdan qurtara bilməz.

• وجوب وفاء الكيل وحرمة التَّطْفِيف.
• Ölçüyə və tərəziyə tam riayət etməyin vacib, ölçudə və tərəzidə əksiltməyin isə haram olması bəyan edilmişdir.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಶ್ಶುಅರಾಅ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ