Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಶ್ಶುಅರಾಅ್   ಶ್ಲೋಕ:
وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ
Sizi və sizdən əvvəlki ümmətləri yara­danın, sizə bir əzab göndərməsindən qorxaraq Ondan çəkinin!"
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ
Şueybin qövmü ona belə dedi: "Həqiqətən, sən dəfələrlə sehrlənmiş və sehr ağlını başından alıb aparmış kimsələrdənsən!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ
Sən də bizim kimi adi bir bəşər övladısan, sənin bizdən üstün olacaq bir məziyyətin yoxdur. Axı belə olduğu təqdirdə sən necə Allahın elçisi ola bilərsən? Biz sənin Allahın elçisi olduğunun iddanda yalançı olduğunu zənn edirik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Əgər idda etdiyində doğru danışan­lar­dan­san­sa, elə isə göydən üstümüzə bizi məhv edəcək bir azab en­dir!"
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ
Şueyb onlara belə dedi: "Rəbbim etdiyiniz şirk və asilikləri daha yaxşı bilir, etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz!"
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ
Onlar Şueybi yalançı saymaqda davam etdilər və elə bu səbəbdən də böyük bir əzaba düçar oldular. Belə ki, qızmar günəşdən sonra başlarının üstünü bir bulud aldı və o bulud onların üzərinə onları yandırıb-yaxan od yağdırdı və beləliklə də məhv oldular. Həqiqətən, onların məhv edildikləri gün, çox dəhşətli bir gü­n idi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Şübhəsiz ki, Şueyb qövmünün necə məhv edildiyini xatırladan bu hekayədə, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ
Şübhəsiz ki, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, bütün yaradılmışların Rəbbi olan Allah tərəfindən nazil edilmişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ
Onu, vəhyə etibar edilən Cəb­rail - aleyhissəlam - mələk endir­di –
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ
Ey Peyğəmbər! Cəbrail bu Quranı, insanları xəbərdar edən və onları Allahın əzabı ilə qorxudan peyğəmbərlərdən olman üçün sənin qəlbinə endirdi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ
Cəbrail bu Quranı, açıq-aydın bir di­lin­də nazil edildi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ
Şübhəsiz ki, bu Quran, əvvəlki üm­mət­lə­rin kitablarında da zikir edilmişdir. Öncəki kitablarda Quranın nazil ediləcəyi barədə müjdələr vermişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَٰٓؤُاْ بَنِيٓ إِسۡرَٰٓءِيلَ
Məgər səni yalan sayan o kimsələrə Abdullah bin Salam kimi İsrail İsrail oğulların­dan olan alimlərin sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu bilmə­lə­ri onlar üçün bir dəlil deyilmi?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ
Əgər Biz bu Quranı ərəb dilində danışmayan bəzi əcəmlərə nazil etsəy­dik,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ
Əgər bu Quranı onlara oxu­saydı, ye­nə də ona iman gətir­məyib: "Biz onu anlamırıq!"- deyəcəkdilər. Halbuki, Quran öz dillərində nazil edildiyi üçün onlar Allaha həmd-sənalar etməli idirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
Biz, yalanı və küfürü günahkarların qəlblərinə beləcə yeridirik!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
Onlar dəhşətli əzabı gör­ənə qədər küfürü tərk edib, iman etməzlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
O dəhşətli əzab onlara anidən, gözləmədikləri bir halda gələcək­dir və heç özləri də o əzabın gəlişini hiss et­məyəcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَيَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ
Onlara əzab gəldiyi zaman peşman olduqlarından dolayı belə deyəcəklər: "Görəsən Allaha tövbə etməmiz üçün bizə möhlət veriləcəkmi?!"
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
"İdda etdiyin kimi göydən üstümüzə bizi məhv edəcək bir azab en­dirməyincə biz sənə əsla iman gətirməyəcəyik!"- deyən bu kafirlər doğurdanmı əzabımızın onlara tezliklə gəlməsinimi istəyirlər?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ
Ey Peyğəbmər! Sənin gətirtdiyin dinə iman etməkdən üz çevirən kafirlərə illərcə bol-bol nemətlər və fi­ravanlıq nəsib etsək,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ
Özlərinə verilən bol-bol nemətlərdən və firavanlıqdan sonra vəd edildikləri əzab on­la­ra yetişsə,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• كلما تعمَّق المسلم في اللغة العربية، كان أقدر على فهم القرآن.
• İnsan ərəb dilini nə qədər dərindən mənimsəyərsə, bir o qədər də Quranı yaxşı anlayar.

• الاحتجاج على المشركين بما عند المُنْصِفين من أهل الكتاب من الإقرار بأن القرآن من عند الله.
• Müşriklərə qarşı irəli sürülən dəlillərdən biridə, Kitab əhlindən olan adil kimsələrin, Quranın Allah qatından edirildiyini qəbul etmələridir.

• ما يناله الكفار من نعم الدنيا استدراج لا كرامة.
• Kafirlərin nail olub, əldə etdiklər dünya nemətləri, heç də onların Allah qatında hörmətli kimsələr olması anlamıda deyil, əksinə bu, Qiyamət günü onların əzabının daha da şiddətli olması üçündür.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಶ್ಶುಅರಾಅ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ