Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅನ್ನಜ್ಮ್   ಶ್ಲೋಕ:
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ
Axirət yurdunda dirilməyə inanmayanlar, həqiqətən də, mələklərin Allahın qızları olduğuna etiqad edərək onlara qadın adları ve­rir­lər. Allah onların söylədiklərindən çox uzaqdır!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا
Halbuki mələklərin qadın adlarına dair onların istinad etdiyi bir elm yoxdur. Onlar bu işdə yalnız uydurma və fərziyyəyə istinad edirlər. Zənn isə öz təsdiqini tapanadək əsla həqiqət ola bilməz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Ey Peyğəmbər! Sən də Bizi zikr etməkdən üz çevirərək ona məhəl qoymayıb dünya həyatından başqa bir şey istə­məyənlərdən üz döndər! Beləsi axirətinə inanmadığına görə, o günü üçün heç bir əməl etməz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ
O müşriklərin söylədikləri - mələklərə qadın adları vermələri onların qavradığı bilik səviyyəsidir. Çünki onlar cahildirlər, həqiqəti hələ dərk etməyiblər. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin haqq yo­l­dan azanı da, Onun yolu ilə gedəni də yaxşı ta­nıyır. Bunlardan heç bir şey Ona gizli qalmaz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى
Göylərdə və yerdə nə varsa - mülk, yaratmaq və idarə etmək təkcə Alla­ha məxsusdur. Bu, Allahın dünyada pislik edənlərə əməl­lərinə görə layiq olduqları əzabı verməsi, yaxşılıq edən­ möminləri isə Cənnətlə müka­fatlandırması üçündür.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ
Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc asiliklərdən çəki­nir­lər. Böyük günahları tərk etmək və itaəti çoxaltmaqla kiçik günahlar silinir. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. Qulları Ona tövbə etdikləri zaman onların günahlarını bağışlayar. Uca Allah si­zin atanız Adəmi torpaqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində mərhələlərlə xəlq ediləndə də sizi yaxşı ta­nı­yırdı. Bunlardan heç bir şey Ona gizli qalmaz. Elə isə Allahdan qorxduğunuzu deyərək özünüzü tərifləməyin! Çünki Allah kimin Allah­ın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorx­duğunu yax­şı bilir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ
İslam dininə yaxınlaşdıqdan sonra ondan üz çevirən kimsənin halının nə qədər pis olduğunu gördünmü?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ
Malından azacıq verib sonra heç verməyəni. Çünki xəsislik onun təbiətidir, lakin buna baxmayaraq o, özünü təmizə çıxartmağa çalışır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ
Məgər o, qeybi bilir ki, bunu görsün və qeybdən danışsın?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ
Yoxsa o, Allaha iftira yaxır?! Allahın adından yalan danışan bu adama Allahın Musaya nazil etdiyi əvvəlki səhifələrdə olan­lar barədə xə­bər verilmədimi?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ
Məgər İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bildirilmədi?! O İbrahim ki, Rəbbinin ona buyurduğunu tam şəkildə yerinə yetirmişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ
Belə ki, heç bir insan başqasının gü­nahını daşımaz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ
İnsan yalnız etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ
Əlbəttə ki, o, can atdığı əməli qiyamət günü öz göü ilə görəcəkdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ
Sonra da ona əməlinin əvə­zi tam, heç bir əskiksiz ve­riləcəkdir!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ
Ey Peyğəmbər! Bəndələr öldükdən sonra onların dönüşü sənin Rəbbi­nədir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ
İstədiyini sevindirib güldürən, istədiyini də kədərləndirib ağladan Allahdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا
Dünyadakı diriləri öldürən, ölüləri də dirildən Odur!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• انقسام الذنوب إلى كبائر وصغائر.
Günahların böyük və kiçik dərəcələrə bölünməsi.

• خطورة التقوُّل على الله بغير علم.
Elmsiz olaraq Allahın adından danışmağın təhlükəli olması.

• النهي عن تزكية النفس.
Özünü təmiz çıxarmağın qadağan edilməsi.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅನ್ನಜ್ಮ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ