ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (10) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಲ್ -ಹದೀದ್
وَمَا لَكُمۡ أَلَّا تُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ لَا يَسۡتَوِي مِنكُم مَّنۡ أَنفَقَ مِن قَبۡلِ ٱلۡفَتۡحِ وَقَٰتَلَۚ أُوْلَٰٓئِكَ أَعۡظَمُ دَرَجَةٗ مِّنَ ٱلَّذِينَ أَنفَقُواْ مِنۢ بَعۡدُ وَقَٰتَلُواْۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
Sizə malınız­dan Allah yolunda xərcləməyə mane olan nədir?! Halbuki göy­lərin və ye­rin mirası Allaha məxsusdur. Ey möminlər! Sizlərdən mallarını Məkkənin fət­hindən əvvəl Allahın rizasını qazanmaq üçün Onun yolunda xərcləyib, İslam dininin zəfər çalması üçün kafirlərlə döyüşənlər, mallarını Məkkənin fət­hindən sonra xərcləyənlər və kafirlərlə döyüşənlər eyni deyillər. Mallarını Məkkənin fəthindən əvvəl xərcləyənlərin və Allah yolunda kafirlərlə vuruşanların dərəcəsi, mallarını Məkkənin fəthindən sonra Allah yolunda xərc­lə­yənlərdən və kafirlərlə döyüşənlərdən da­ha üs­tün­dür. Lakin Allah hər iki firqəyə Cənnəti vəd et­­miş­dir. Allah sizin nə etdiklə­riniz­dən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, bu əməllərin əvəzini sizə verəcəkdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• المال مال الله، والإنسان مُسْتَخْلَف فيه.
Mal-dövlət Allaha məxsusdur, insan isə sadəcə ondan xərcləməyə izn verilmişdir.

• تفاوت درجات المؤمنين بحسب السبق إلى الإيمان وأعمال البر.
Möminlərin imanda və yaxşı işlər görməkdə birinin digərindən üstün olmasına görə dərəcələri bir-birindən fərqlənir.

• الإنفاق في سبيل الله سبب في بركة المال ونمائه.
Allah yolunda xərcləmək malın artmasına və onun bərkətli olmasına səbəbdir.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (10) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಲ್ -ಹದೀದ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ಮುಚ್ಚಿ