Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ನೂಹ್   ಶ್ಲೋಕ:

Nuh

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
بيان منهج الدعوة للدعاة، من خلال قصة نوح.
Nuhun əhvalatı sayəsində dəvətçilərə dəvətin üslubunu bəyan edilməsi.

إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ
Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik ki, onların Allaha şərik qoşurdularına görə özlərinə şiddətli bir əzab gəlməzdən əvvəl onları dəvət edib qorxutsun.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ
Nuh öz qövmünə dedi: "Ey qövmüm! Şübhəsiz ki, mən sizi, Allaha tövbə etmədyəcəyiniz təqdirdə düçar olacağınız əzabla açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ
Xəbərdarlığımın əsas məğzi budur ki, sizə deyim: Yalnız Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxun və bir də, sizə əmr etdiyim işlərdə mənə itaət edin!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ
Əgər siz belə etsəniz -qulların haqları istisna olmaqla- Allah sizin günahlarınızdan keçər və sizə bu həyatda, Allahın elminə görə əzəldən lövhi-məhfuzda təyin edilmiş vaxtadək möhlət verər və siz qədəriniz qədər orada ömür sürərsiniz. Həqiqətən, ölüm gəldiyi zaman əsla təxirə salınmaz. Əgər bilsəydiniz, Allaha iman gətirməyə, həmçinin, şirk və azğınlıq etdiyinizə görə Ona tövbə etməyə tələsərdiniz".
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا
Nuh dedi: "Ey Rəbbim! Mən gecə-gündüz davamlı olaraq qövmümü Sənə ibadət etməyə və Sənin təkliyini qəbul etməyə dəvət etdim.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا
Lakin dəvətim onların dəvət etdiyimdən qaçmalarını və uzaqlaşmalarını daha da artırdı.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا
Mən hər dəfə onları günahlarının bağışlanmasına səbəb olan işlərə - yalnız Sənə ibadət etməyə, habelə, Sənə və Sənin rəsuluna itaət etməyə dəvət etdikdə, mənim dəvətimi eşitməsinlər deyə, barmaqlarını qulaqlarına tıxayır və məni görməsinlər deyə, libaslarının ətəyini üzünə tutur, üstəlik, şirk etmələrinə davam edir və dəvət etdiyim haqqı qəbul etməyib, ona qulaq asmayıb təkəbbürlük göstərirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا
Ey Rəbbim! Sonra mən onları aşkarcasına dəvət etdim.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا
Sonra mən onları müxtəlif dəvət üslublarımla, həm uca səslə, həm də gizlicə, asta səslə dəvət etdim
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا
Və dedim: "Ey qövmüm! Rəbbinizə tövbə etməklə Ondan bağışlanma diləyin! Həqiqətən, pak və müqəddəs olan Allah Öz qullarından Ona tövbə edənləri çox bağışlayandır!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• خطر الغفلة عن الآخرة.
Axirətdən qafil olmağın təhlükəsi.

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
Allaha ibadət etmək və Ondan qorxmaq, günahların bağışlanması üçün səbəbdir.

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
Dəvəti davamlı şəkildə, həm də müxtəlif üslublarla etmək dəvətçilərin öhdəsinə düşən vacib əməldir.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ನೂಹ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ