Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮುತಫ್ಫಿಫೀನ್   ಶ್ಲೋಕ:
لِيَوۡمٍ عَظِيمٖ
Bəlalar və dəhşətlərlə dolu əzəmətli bir gündə, haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün (diriləcəklər).
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
O gün insanlar haqq-hesab çəkilmək üçün bütün məxluqatın Rəbbi qarşısında duracaqlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ
Öldükdən sonra yenidən dirilməni yalan hesab edirsiniz, amma bu heç də siz təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, kafirlərdən və münafiqlərdən olan günahkarların kitabı yerin alt təbəqəsində ziyan içindədir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ
Ey Peyğəmbər! Sən nə bilirsən Siccin nədir?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كِتَٰبٞ مَّرۡقُومٞ
Onların yazılmış bu kitabı nə silinər, nə ona əlavə edilər, nə də ondan nə isə əskilər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün haqqı yalan sayanlar həlak olsun və ziyana uğrasın!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ
Onlar, Uca Allahın Öz qullarına dünyada etdikləri əmllərinin əvəzini verəcək gününü yalan sayan kimsələrdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ
O günü yalnız Allahın hədlərini aşan və çoxlu günahlar işlədən kimsə yalan hesab edər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
Rəsulumuza nazil edilmiş ayələr ona oxunduğu zaman o: "Bu, əvvəlki ümmətlərin uydurduğu nağıllardır. O, Allahdan nazil olmayıb" – deyər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ
Bu heç də o yalan sayanların təsəvvür etdiyi kimi deyil, əksinə, onların qazandıqları günahlar ağıllarına üstün gəlmiş və onu qaplamışdır. Odur ki, onların qəlbi haqqı görmür.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ
Həqiqətən də, qiyamət günü onlar özlərinin Rəbbini görməkdən məhrum olacaqlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ
Sonra onlar Cəhənnəmə varid olacaq və onun hərarətindən əzab çəkəcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Sonra qiyamət günü onlara bir təhqir olaraq deyiləcək: "Sizin düçar olduğunuz bu əzab, dünyada ikən rəsulunuzun sizə xəbər verdiyi, sizin yalan saydığınız Cəhənnəmdir".
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ
Bu heç də sizin, haqq-hesabın və əməllərin əvəzinin olmadığını təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, itaət edənlərin kitabı İlliyyundadır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ
Ey Peyğəmbər! Sən nə bilirsən İlliyyun nədir?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كِتَٰبٞ مَّرۡقُومٞ
Onların yazılmış bu kitabı nə silinər, nə ona əlavə edilər, nə də ondan nə isə əskilər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ
Bu kitaba hər bir göyə yaxın olan mələklər yaxınlaşa bilər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ
Şübhəsiz ki, çox itaət edənlər qiyamət günü tükənməz nemətlər içində olacaqlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
Onlar bəzədilmiş taxtlar üstündə oturub özlərinin Rəbbinə, üstəlik, könüllərini açan və onları sevindirən şeylərə baxacaqlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ
Sən onlara baxdıqda onların üzündə səadət əlaməti - gözəllik və parlaqlıq görəcəksən.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ
Onların xidmətçiləri onlara qədəhinə möhür vurulmuş şərabdan süzəcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ
Onun müşkünün iyi son məsafəyədək yayılacaq. Qoy yarışanlar Allahı razı salacaq əməlləri yerinə yetirməklə, üstəlik, Onu qəzəbə gətirəcək əməlləri tərk etməklə bu dəyərli mükafata nail olmaq üçün yarışsınlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ
Bu möhürlü şəraba təsnim bulağından qatışdırılacaq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ
Təsnim bulağı Cənnətin ən uca məqamında yerləşən, Allaha yaxın olan möminlərin saf və təmiz olaraq içdikləri bir bulaqdır. Amma digər möminlər isə o bulağa başqa şeylər qatışdırılmış halda içirlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ
Küfr etməklə günaha batanlar iman gətirənlərə istehza edib gülürdülər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ
Onlar möminlərin yanından keçdikdə onları lağa qoymaq və ələ salmaq məqsədilə bir-birlərinə qaş-göz edirdilər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ
Öz ailələrinin yanına qayıtdıqda, küfr etdiklərinə və möminləri ələ saldıqlarına görə fərəhlə qayıdardılar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ
Müsəlmanları gördükdə deyərdilər: "Bunlar atalarının yolunu tərk edib, haqq yoldan azanlardır".
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ
Allah onları möminlərin əməllərinə nəzarət etməyi tapşırmamışdır ki, belə söz danışsınlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• خطر الذنوب على القلوب.
Günahların qəlbə olan təhlükəsi.

• حرمان الكفار من رؤية ربهم يوم القيامة.
Qiyamət günü kafirlərin özlərinin Rəbbini görməkdən məhrum olması.

• السخرية من أهل الدين صفة من صفات الكفار.
Dindarlara istehza etmək, kafirlərin xislətlərindəndir.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮುತಫ್ಫಿಫೀನ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ