Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಬುರೂಜ್   ಶ್ಲೋಕ:

əl-Buruc

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
بيان قوة الله وإحاطته الشاملة، ونصرته لأوليائه، والبطش بأعدائه.
Allahın qüvvətli olduğunu və hər şeyi əhatə etdiyini, üstəlik, Öz dostlarına kömək etdiyini, düşmənlərini isə əzabla yaxaladığını bəyan etmək.

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
Uca Allah günəşin, ayın və digər göy cisimlərinin mənzillərini əhatə edən göyə and içir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ
Həmçinin, məxluqatı bir yerə toplayacağına vəd verdiyi qiyamət gününə and içir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَشَاهِدٖ وَمَشۡهُودٖ
Eləcə də, hər bir şahidlik edənə, məsələn, öz ümmətinə şahidlik edən peyğəbərə və şahid edilənə, məsələn peyğəmbərinə şahidlik edən ümmətə and içir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ
Yerdə böyük xəndəklər qazan kimsələr lənətə düçar oldular.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ
Onlar o xəndəklərdə od qaladılar və möminləri diri-diri o odun için atdılar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ
Onlar alovlandırılmış o xəndəklərin kənarında oturub,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ
Onlar orada durub möminlərə verdikləri əzaba və işgəncəyə seyr edirdilər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
Kafirlərin möminlərə tutduqları irad, yalnız onların hər kəsə gücü yetən qüdrətli və hər cür tərifəlayiq Allaha iman gətirmələri idi.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
Göylərin və yerin hakimiyyəti yalnız Ona məxsusdur. O hər şeydən xəbərdardır və qullarının işlərindən heç bir şey Ona gizli qalmaz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
O kəslər ki, mömin kişiləri və mömin qadınları Tək Allaha iman gətirməkdən döndərmək üçün onlara əzab vermiş, sonra öz günahlarına görə tövbə etməmişlər, qiyamət günü onları Cəhənnəm əzabı və yandırıb-yaxan atəşin əzabı gözləyir. Bu, onların möminləri odla yandırmalarının cəzasıdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
Şübhəsiz ki, Allaha iman gətirib yaxşı işlər görənlər üçün qəsrləri və ağacları altından çaylar axan Cənnət bağları hazırlanmışdır. Onlar üçün hazırlanmış bu mükafat, misli-bərabəri olmayan böyük uğurdur.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ
Ey Peyğəmbər! Sənin Rəbbinin - zalıma müvəqqəti möhlət versə də - (vaxtı çatanda əzabla) onu yaxalaması çox şiddətlidir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ
Həqiqətən, O, məxluqatı ilkin yaradır və (istədyinə) əzab verir, sonra onları yenidən bərpa edir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ
Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır. O, həqiqətən də, mütəqqilərdən olan dostlarını sevir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ
O, əzəmətli ərşin sahibidir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَعَّالٞ لِّمَا يُرِيدُ
Allah istədiyini edəndir - dilədiyinin günahlarını bağışlayar, dilədiyini də cəzalandırar. Uca Allahı heç kəs hər hansı bir işi görməyə vadar edə bilməz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ
Ey Peyğəmbər! Haqqa qarşı vuruşmaq və insanları haqqdan azdırmaq məqsədilə toplanmış ordular haqqında xəbər sənə gəlib çatdımı?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فِرۡعَوۡنَ وَثَمُودَ
Fironun və bir də Salehin (aleyhissəlam) qövmü - Səmud tayfasının qoşunları.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ
Kafirlərin iman gətirmələrinə mane olan səbəb, onlara haqqı yalan sayan ümmətlər və onların həlak olması barədə xəbərlərin gəlib çatmaması deyil, əksinə, onların öz nəfslərinin istəyinə uyaraq peyğəmbərlərinin onlara gətirdi risaləti yalan saymasıdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ
Allah onları əməllərini əhatə edib hesaba almışdır. Onların əməllərindən heç bir şey Allaha gizli qalmaz və O, bu əməllərə görə onları cəzalandıracaqdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ
Quran, o yalançıların söylədikləri kimi, nə bir şeir, nə də qafiyə salınmış bir nəsrdir. Əksinə, bu, şanlı Qurandır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فِي لَوۡحٖ مَّحۡفُوظِۭ
O, dəyişdirilməkdən və təhrif olunmaqdan, habelə, əksilmədən və əlavə edilmədən qorunan lövhədədir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• يكون ابتلاء المؤمن على قدر إيمانه.
Möminin sınağı onun imanı qədər olur.

• إيثار سلامة الإيمان على سلامة الأبدان من علامات النجاة يوم القيامة.
İmanın salamat qalmasını bədənin salamat qalmasından üstün tutmaq, qiyamət günü nicat tapmağın əlamətlərindəndir.

• التوبة بشروطها تهدم ما قبلها.
Tövbənin şərtlərinə əməl edərək Allaha tövbə etmək, keçmiş günahlarını hamısını silib aparır.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಬುರೂಜ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ