Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: മുഅ്മിനൂൻ   ആയത്ത്:

əl-Muminun

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
بيان فلاح المؤمنين وخسران الكافرين.
Möminlərin uğur qazanmasının, kafirlərin isə ziyana uğramasının bəyan edilməsi.

قَدۡ أَفۡلَحَ ٱلۡمُؤۡمِنُونَ
Şübhəsiz ki, Allaha iman gətirib və Onun şəriətinə dosdoğru əməl edən möminlər, istədiklərinə nail olub, qorxduqları şeylərdən qurtulmaqla səadətə qovuşmuşlar!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ٱلَّذِينَ هُمۡ فِي صَلَاتِهِمۡ خَٰشِعُونَ
Onlar, namazlarını uca Allah qarşısında zəlil bir halda, bədən əzaları sükunət işində və qəlbləri onları məşğul edən hər bir şeydən uzaq bir halda, kamil şəkildə əda edərlər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلَّذِينَ هُمۡ عَنِ ٱللَّغۡوِ مُعۡرِضُونَ
Onlar, batildən, lüzumsuz şeylərdən və günah olan hər bir söz və əmədə uzaq durarlar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلَّذِينَ هُمۡ لِلزَّكَوٰةِ فَٰعِلُونَ
Onlar, nəfs və mallarındakı qüsurların təmizlənməsi üçün sahib olduqları malların vaxtı-vaxtında zəkatını verərlər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ
Onlar, zina (qeyri-qanuni cinsi əlaqə), livat (homoseksualizim) və bütün fahişə əməllərdən uzaq duraraq namuslarını qoruyurlar. Onlar, iffətlərini qoruyub saxlayan pak kimsələrdir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ
Yalnız zövcələri və ya sahib olduqları kənizlər bundan müstəsnadır. Şübhəsiz ki onlar, bu qadınlarla yaxınlıq etdiklərindən dolayı əsla qınanmazlar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ
Kim zövcələri və ya sahib olduqları kənizlərdən başqa qadınlardan yararlanmaq istəsə, o kimsə, Uca Allahın halal etdiyini buraxıb, haram etdiyinin ardınca getdiyi üçün Allahın qoyduğu hüdudları aşan kimsədir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ
Onlar, Allahın özlərinə fərz etdiyi şeyləri yerinə yetirəcəklərinə dair verdikləri sözü yerinə yetirər və insanların onlara əmanət buraxdıqları əmanətə isə xəyanət etməzlər. Eyni şəkildə onlar, verdikləri sözə müxalif çıxmaz, əksinə, vədlərinə daima sadiq qalarlar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَوَٰتِهِمۡ يُحَافِظُونَ
Onlar namazlarını davamiyyətli olaraq, namazın rükularını, vaciblərini və müstəhəblərini yerinə yetirərək vaxtı-vaxtında qılırlar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أُوْلَٰٓئِكَ هُمُ ٱلۡوَٰرِثُونَ
Bu xislətlərə sahib olan kimsələr, varis olan­ kimsələrdir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ٱلَّذِينَ يَرِثُونَ ٱلۡفِرۡدَوۡسَ هُمۡ فِيهَا خَٰلِدُونَ
Onlar, Cənnətin ən uca və ən yüksək məqamına va­ris olub, orada əbədi qalan və orada daima tükənməz nemətlər içində olan kimsələrdir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن سُلَٰلَةٖ مِّن طِينٖ
Həqiqətən, Biz bəşəriyyətin atası olan Adəmi pal­çıqdan xəlq etdik. Adəmin torpağı, yer torpağı ilə qatışmış olan bir suyundan alınmışdır.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ جَعَلۡنَٰهُ نُطۡفَةٗ فِي قَرَارٖ مَّكِينٖ
Sonra Biz Adəmin zürriyyətini, doğulacağı günə qədər ana bətnində qərar tutmuş bir nütfədən xəlq etdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ خَلَقۡنَا ٱلنُّطۡفَةَ عَلَقَةٗ فَخَلَقۡنَا ٱلۡعَلَقَةَ مُضۡغَةٗ فَخَلَقۡنَا ٱلۡمُضۡغَةَ عِظَٰمٗا فَكَسَوۡنَا ٱلۡعِظَٰمَ لَحۡمٗا ثُمَّ أَنشَأۡنَٰهُ خَلۡقًا ءَاخَرَۚ فَتَبَارَكَ ٱللَّهُ أَحۡسَنُ ٱلۡخَٰلِقِينَ
Sonra ana bətnində qərar tutmuş nütfədən qırmızı lax­talanmış qan ya­ratdıq, sonra o lax­talanmış qan­ı qırmızı rəngli çeynənmiş bir ət parçasına döndərdik, sonra o ət parçası üçün möhkəm sü­mük­lər yarat­dıq, sonra da o sümük­ləri ət ilə örtüb bürüdük, sonra da ona ruh üfürüb, dünya həyatına gətirərək yeni bir varlıq olaraq xəlq et­dik. Yaradanların ən yax­şısı olan Allah pak və ucadır!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ إِنَّكُم بَعۡدَ ذَٰلِكَ لَمَيِّتُونَ
Ey İnsanlar! Keçdiyiniz bütün bu mərhələlərdən sonra siz, əcəliniz gəldiyi zaman mütləq öləcəksiniz!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ
Sonra da siz, bu ölümün ardından, dünyada ikən etdiyiniz əməllərin hesabını vermək üçün Qiyamət günü qəbirlərinizdən dirildilərək çıxarılacaqsınız!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدۡ خَلَقۡنَا فَوۡقَكُمۡ سَبۡعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلۡخَلۡقِ غَٰفِلِينَ
Ey İnsanlar! Həqiqətən Biz, sizin üzərinizdə bir-birinin üstündə qərar tutan yed­di qat göyü yaratdıq. Bununla belə Biz, yaratdıqlarımız­dan əsla qafil olmadıq və onları əsla unutmadıq.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• للفلاح أسباب متنوعة يحسن معرفتها والحرص عليها.
• Dünya və axirətdə səadətə nail olmaq üçün vasitələr çoxdur. İnsanın bunları bilməsi və bunlara həris olması gərəkdir.

• التدرج في الخلق والشرع سُنَّة إلهية.
• İnsanların və dinin mərhələli bir şəkildə yaradılması ilahi bir qanundur.

• إحاطة علم الله بمخلوقاته.
• Uca Allahın elmi bütün məxluqatı əhatə etmişdir.

 
പരിഭാഷ അദ്ധ്യായം: മുഅ്മിനൂൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക