Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: മുഅ്മിനൂൻ   ആയത്ത്:
۞ وَلَوۡ رَحِمۡنَٰهُمۡ وَكَشَفۡنَا مَا بِهِم مِّن ضُرّٖ لَّلَجُّواْ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ
Əgər Biz onlara rəhm edib düş­dükləri aclıq və quraqlıqdan xilas etsəydik, on­lar ye­nə də əvvəlki azğın­lıqları içində tərəddüd edib, çaşmış halda qalacadılar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدۡ أَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ فَمَا ٱسۡتَكَانُواْ لِرَبِّهِمۡ وَمَا يَتَضَرَّعُونَ
Biz onları müxtəlif növ müsibətlərlə imtahana çəkdik, amma onlar yenə də öz Rəbbinə bo­yun əy­ib, Ona ibadət etmədilər və bəlaların onlara göndərildiyi zaman onları bu bəlalardan xilas edilməsi üçün Uca Allaha qorxu ilə yal­va­rıb-yaxar­ma­dılar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
حَتَّىٰٓ إِذَا فَتَحۡنَا عَلَيۡهِم بَابٗا ذَا عَذَابٖ شَدِيدٍ إِذَا هُمۡ فِيهِ مُبۡلِسُونَ
Sonda şiddətli əzab qa­pısını on­ların üzünə açdığı­mız (Bədr döyüşündə onları məğlub etdiyimiz) zaman onlar özlərinin bu bəladan əsla qurtara bilməyəcəklərini dərk edib və xeyirə olan bütün ümidlərini kəsdilər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ
Ey öldükdən sonra yenidən dirilməyi yalan sayan kimsələr! Uca Allah sizə, eşitməniz üçün qulaqlar, görməniz üçün qözlər və anlamanız üçün qəlblər verdi. Bununla belə siz, sizə verilən bu nemətlərə görə uca Allaha olduqca çox az şükür edirsiniz!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَهُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ
Ey İnsanlar! Sizi yer üzündə xəlq edən Odur. Siz Qiyamət günü haqq-hesab və etdiyiniz əməllərin müqabilini almaq üçün Onun hüzuruna toplanacaqsınız.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ
Dirildən yalnız Odur, Ondan başqa dirildən yoxdur. Öldürən Odur, Ondan başqa öldürən də yoxdur. Zülmət və nur, uzun və qısa olmaqla ge­cə ilə gündüzü bir-birinin ardından əvəz edən də Odur. Məgər bütün bunlardan sonra yenə də siz, Onun qüdrətini, yaratmaqda və bütün bu kainatı idarə etməkdə tək olduğunu dərk etməyəcəksiniz?!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
بَلۡ قَالُواْ مِثۡلَ مَا قَالَ ٱلۡأَوَّلُونَ
Əksinə onlar, kafir olan ölüb-getmiş ata-babalarının dedikləri sözu eyni ilə təkrar etdilər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالُوٓاْ أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
Onlar öldükdən sonra yenidən dirilməyi inkar edərək belə demişdilər: "Məgər biz ölüb tor­paq və çürümüş sür-sümük ol­duq­dan sonra etdiyimiz əməllərin hesabı üçün yeni­dən diril­diləcəyik?!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَقَدۡ وُعِدۡنَا نَحۡنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
Öldükdən sonra yenidən diriləcəyimiz həm bizə, həm də, bizdən əv­vəl yaşamış ata-babalarımıza vəd edilmişdir. Lakin biz, bu vədin gerçəkləşdiyini gərmədik. Biz bunun, keç­­miş­dəki­lə­rin əf­sa­nələrindən və uydurmalarından başqa bir şey olduğunu düşünmürük!"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edən o kafirlərə belə de: "Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­mə məxsusdur?!"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ
Onlar: "Yer üzü və yer üzünün üzərində olanlar bütünlüklə Allaha aiddir!"– de­yə­cəklər. Elə isə sən onlara belə de: "Yer üzü və yer üzünün üzərində olanların bütünlüklə Özünə məxsus olan Allahın, öldükdən sonra sizləri yenidən diriltməyə qadir olduğunu düşünmürsünüz?!"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ
Onlara de: "Yeddi qat göyün və özündən daha böyük bir yaradılış olmayan əzə­mətli ərşin Rəbbi kim­dir?"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ
Onlar mütləq: "Yeddi qat göyün və əzəmətli ərşin Rəbbi uca Allahındır!"– deyə cavab verəcəklər. Sən də onlara belə de: "Elə isə Onun əzabından xilas olmaq üçün Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxmursunuz?"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلۡ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ
Onlara de: "Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin mülkü əlində olan, mülkündə heç bir şey Onun ixtiyarından kənara çıxa bilməyən, qullarından istədiyini hi­mayə edib, yardım edən və pislik etmək istədiyi kimsəni də Allahdan başqa onu bu pislikdən qoruyub, əzabı ondan dəf edə bilməyən kimdir?"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ
Onlar: "Hər bir şeyin mülkü Uca Allahın əlindədır!" – de­yə­cəklər. Sən də onlara belə de: "Siz bunu etiraf etdiyiniz bir halda bəs necə olur ki, (Şeytana) al­da­nıb, Allahdan başqasına ibadət edirsiniz?!"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عدم اعتبار الكفار بالنعم أو النقم التي تقع عليهم دليل على فساد فطرهم.
• Kafirlərin nemət və bəlalardan ibrət almamaları, fitrətlərinin pozuq olduğuna dəlildir.

• كفران النعم صفة من صفات الكفار.
• Nemətlərə nankorluq etmək kafirlərin sifətlərindəndir.

• التمسك بالتقليد الأعمى يمنع من الوصول للحق.
• Kor-koranə təqlid etmək, haqqa yetişməyə mane olan səbəblərdən biridir.

• الإقرار بالربوبية ما لم يصحبه إقرار بالألوهية لا ينجي صاحبه.
• Rübubiyyət tövhidi ilə yanaşı uluhiyyət tövhidini iqrar etməmək kişini atəşə girməkdən xilas etməz.

 
പരിഭാഷ അദ്ധ്യായം: മുഅ്മിനൂൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക