Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം). * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ഫുർഖാൻ   ആയത്ത്:
وَلَا يَأۡتُونَكَ بِمَثَلٍ إِلَّا جِئۡنَٰكَ بِٱلۡحَقِّ وَأَحۡسَنَ تَفۡسِيرًا
Ey Peyğəmbər! Müşriklərin sənin yanına gələrək özlərindən ixtira etdikləri elə bir mə­səl yoxdur ki, Biz onun qarşılığında sənə, onların gətirdikləri misallardan daha gözəlini, haqq və ən yaxşı yozumu olan bir misalla cavab ver­mə­yək.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ٱلَّذِينَ يُحۡشَرُونَ عَلَىٰ وُجُوهِهِمۡ إِلَىٰ جَهَنَّمَ أُوْلَٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ سَبِيلٗا
Qiyamət günü üzüstə sürüklənib Cə­hən­nəmə gətiriləcək kimsələr – məhz onlar Allah yanında ən pis məqama sahib olan kimsələrdir. Çünki onların qərar tutacaqları yer Cəhənnəmdir və getikləri yol da haqqdan çox uzaqdır. Çünki onların yolu küfr və azğınlıq yoludur.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَا مَعَهُۥٓ أَخَاهُ هَٰرُونَ وَزِيرٗا
Biz Mu­sa­ya Tövratı ver­dik və ona yardımçı olması üçün qardaşı Ha­ru­nu da onunla birgə Rəsul etdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَقُلۡنَا ٱذۡهَبَآ إِلَى ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَدَمَّرۡنَٰهُمۡ تَدۡمِيرٗا
Biz, o ikisinə belə buyurduq: "Ayələrimizi ya­lan sa­yan Firon və onun qövmünün yanına ge­din!". Musa və onun qardaşı əmrimizə tabe olaraq, Firon və onun qövmünün yanına gedib, onları tək Allaha ibadət etməyə dəvət etdilər. Onlar isə Musa və onun qardaşını yalanladılar və sonda Biz onları şiddətli bir əzabla məhv etdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقَوۡمَ نُوحٖ لَّمَّا كَذَّبُواْ ٱلرُّسُلَ أَغۡرَقۡنَٰهُمۡ وَجَعَلۡنَٰهُمۡ لِلنَّاسِ ءَايَةٗۖ وَأَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ عَذَابًا أَلِيمٗا
Biz Nuh qövmünü, Nuhu yalançı saydıqlarından dolayı, göndərilən bütün elçiləri yalan­çı saydıqları üçün suda ba­tırdıq və onları məhv etməmizi və zalimlərin kökünü kəsməyə qadir olduğumuzu insanlar üçün qüdrətimizə dəlalət edən bir ibrət etdik. Biz Qiyamət günü za­lım­lar üçün ağ­rılı-acılı bir əzab ha­zırladıq.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَعَادٗا وَثَمُودَاْ وَأَصۡحَٰبَ ٱلرَّسِّ وَقُرُونَۢا بَيۡنَ ذَٰلِكَ كَثِيرٗا
Biz, Hud qövmü Adı, Saleh qövmü Səmudu, quyu sahiblərini və bu üçünün arasında olan neçə-neçə nəsilləri də etdikləri günahlardan dolayı məhv etdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَكُلّٗا ضَرَبۡنَا لَهُ ٱلۡأَمۡثَٰلَۖ وَكُلّٗا تَبَّرۡنَا تَتۡبِيرٗا
Biz, həlak olacaq hər bir qövmə, onların ibrət almaları üçün özlərindən öncə gələn ümmətlərin məhv olmalarının səbəblərini anlatdıq. Biz onların küfr və inadkarlıqlarından dolayı ha­mı­sını şiddətli bir əzabla tamamilə məhv etdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدۡ أَتَوۡاْ عَلَى ٱلۡقَرۡيَةِ ٱلَّتِيٓ أُمۡطِرَتۡ مَطَرَ ٱلسَّوۡءِۚ أَفَلَمۡ يَكُونُواْ يَرَوۡنَهَاۚ بَلۡ كَانُواْ لَا يَرۡجُونَ نُشُورٗا
(Ey Peyğəmbər!) Sənin qövmündən haqqı yalan sayanlar -Şama getdikləri zaman- çirkin əməl sahibləri olduqları səbəbindən, insanların ibrət almaları üçün cəza olaraq göydən başlarına daş yağdırdığımız Lut qövmünün yaşadığı şəhə­rin ya­nından keç­mişdilər. Mə­gər onların gözləri kordur ki, həmin şəhəri görmürlər?! Xeyr, görürdülər, lakin on­lar öldükdən son­ra yenidən di­rilməyi və etdikləri əməllərə görə hesaba çəkilməyi düşünmürdülər.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَإِذَا رَأَوۡكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي بَعَثَ ٱللَّهُ رَسُولًا
Ey Peyğəmbər! Səni yalançı sayan kimsələr səninlə qarşılaşdıqları zaman sənə istehza və inkar edərək belə deyərlər: "Allahın bizə elçi göndərdiyi kəs bu­dur­mu?!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
إِن كَادَ لَيُضِلُّنَا عَنۡ ءَالِهَتِنَا لَوۡلَآ أَن صَبَرۡنَا عَلَيۡهَاۚ وَسَوۡفَ يَعۡلَمُونَ حِينَ يَرَوۡنَ ٱلۡعَذَابَ مَنۡ أَضَلُّ سَبِيلًا
Əgər biz ilahlarımıza ibadət etməkdə səbirli olma­say­dıq, az qa­la ki, o, öz dəlilləri ilə bizi ilahlarımızdan uzaq­laş­dıracaqdı". Onlar qəbirlərində və həmçinin Qiyamət günündə əzabı gör­dük­ləri za­man kimin haqq yol­dan daha çox azmış olduğunu, onun, yoxsa özlərinin azdıqlarını anlaya­caq­lar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيۡهِ وَكِيلًا
Ey Peyğəmbər! Nəfsinin istəyini özünə ilah edib, ona itaət edən kimsəni gördünmü? Belə bir kimsəni sənmi imana yönəldəcək, küfrdən çəkindirəcək və ona himayəçi olacaqsan?!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الكفر بالله والتكذيب بآياته سبب إهلاك الأمم.
• Ümmətlərin həlak edilmələrinin başlıca səbəbi: Onların uca Allaha küfr etmələri və Onun ayələrini yalan saymalarıdır.

• غياب الإيمان بالبعث سبب عدم الاتعاظ.
• Öldükdən sonra yenidən dirilməyə iman etməməyin səbəbi, keçmiş ümmətlərin başlarına gələn müsibətlərdən ibrət almamaqdır.

• السخرية بأهل الحق شأن الكافرين.
• Haqq əhlinə istehza edib onları lağa qoymaq, kafirlərin adətidir.

• خطر اتباع الهوى.
• Nəfsin istəklərinə tabe olmaq son dərəcədə təhlükəli bir işdir.

 
പരിഭാഷ അദ്ധ്യായം: ഫുർഖാൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം). - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർകസ് തഫ്സീർ പുറത്തിറക്കിയത്.

അടക്കുക