Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം). * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ഫുർഖാൻ   ആയത്ത്:
أَمۡ تَحۡسَبُ أَنَّ أَكۡثَرَهُمۡ يَسۡمَعُونَ أَوۡ يَعۡقِلُونَۚ إِنۡ هُمۡ إِلَّا كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّ سَبِيلًا
Ey Peyğəmbər! Məgər sən, uca Allahın vəhdaniyyətinə və Ona itaət etməyə dəvət etdiyin bir çox insanların onlara gətirdiyin dəlil və sübutları qəbul edib və dərk edəcəklərini hesab edirsən?! Onlar dinləmək, dərk etmək və başa düşmək baxımından hey­van kimidirlər. Hətta getdikləri yol etibarı ilə heyvanlardan da daha çox azğındırlar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أَلَمۡ تَرَ إِلَىٰ رَبِّكَ كَيۡفَ مَدَّ ٱلظِّلَّ وَلَوۡ شَآءَ لَجَعَلَهُۥ سَاكِنٗا ثُمَّ جَعَلۡنَا ٱلشَّمۡسَ عَلَيۡهِ دَلِيلٗا
Ey Peyğəmbər! Məgər Allahın yer üzündə kölgəni uzatdığı zaman, Onun xəlq etdiklərinin əlamətini görmürsənmi?! Əgər Allah kölgəni hərəkət­siz, sabit bir halda saxlamaq istə­səydi, onu elə o halda da saxlayardı. Sonra Biz kölgənin uzanıb və qısalması baxımından gü­nə­şi onun dəlil etdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ قَبَضۡنَٰهُ إِلَيۡنَا قَبۡضٗا يَسِيرٗا
Sonra Biz kölgəni, günəşin yüksəlməsi səbəbi ilə asta-asta, yavaş-yavaş Özü­müzə tərəf çəkib qısaltdıq.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِبَاسٗا وَٱلنَّوۡمَ سُبَاتٗا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورٗا
Gecəni, sizi və hər bir şey örtən libas halına gətirən Uca Allahdır. Yuxunu işlərinizin yorğunluğundan dincəlib, rahatlanmanız üçün istirahət vaxtı edən Odur. Gündüzü də yer üzünə dağılıb işlərinizdə çalışmaq üçün can­lan­ma vaxtı edən də Odur.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ طَهُورٗا
Küləkləri, qullarına olan rəhməti səbəbi ilə yağmurun yağmasına müjdəçi olaraq göndərən də Odur. Biz sizə, təmiz və pak olmanız üçün göy­dən tərtəmiz su endirdik ki,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لِّنُحۡـِۧيَ بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗا وَنُسۡقِيَهُۥ مِمَّا خَلَقۡنَآ أَنۡعَٰمٗا وَأَنَاسِيَّ كَثِيرٗا
Biz göydən yağan o su ilə bitkisiz və quraqlıq bir diyara həyat verər və orada müxtəlif növ bitkilər bitirməklə və oranı yaşıllaşdırmaqla can­landıraq və o su vasitəsi ilə yaratdığımız neçə-ne­çə hey­vanlara və in­sana su içizdirərik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا
Biz, insanlar düşünüb ibrət alsın­lar deyə, onlara Quranda dəlil və sübutları müxtəlif yollarla bəyan etdik. Lakin buna rəğmən insan­la­rın çoxu haqqı inkar etməkdən və haqqa qarşı inadkarlıq göstərməkdən vaz keçmədi.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَوۡ شِئۡنَا لَبَعَثۡنَا فِي كُلِّ قَرۡيَةٖ نَّذِيرٗا
Əgər Biz istəsəydik, hər diyara onlara Allahın əzabından xəbər verən və o əzabdan qorxudan bir peyğəmbər gön­də­rər­dik. Amma Biz belə etmək istəmədik. Lakin Biz, Muhəmmədi (sallallahu aleyhi və səlləm) bütün bəşəriyyətə peyğəmbər göndərdik.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَجَٰهِدۡهُم بِهِۦ جِهَادٗا كَبِيرٗا
Ey Peyğəmbər! Kafirlərin səndən tələb etdiklərinə boyu əymə və onlar qarşısında əsla yumuşaqlıq göstərmə. Kafirlərin sənə Allaha dəvət yolunda verdikləri əziyyətlərə səbir edərək, sənə nazil edilən bu Qu­ran­la onlara qarşı böyük bir cihad et!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
۞ وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا
İki dənizin suyunu bir-birinə qatan uca Allahdır. O, şirin suyu olan dənizi, duzlu suyu olana qatmış və iki dənizin suyu bir-birinə qarışmaması üçün onların arasında maneə və ke­çilməz sədd qoymuşdur.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا
Kişi və qadın nütfəsindən bəşər yaradan Odur. Bəşəriyyəti yaradan O uca Allah, insanlar asrasında nəsəb, qan və evlilik bağları ilə olan qohumluq əlaqələrini yaratdı. Ey Peyğəmbər! Sənin Rəbbin hər şeyə qadirdir. Heç bir şey Onu aciz buraxmaz. Kişi və qadın nütfəsindən insanı xəlq etməsi də Onun qüdrətindəndir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا
Kafirlər, uca Allahı qoyub, itaət etdikdə öz­lə­rinə fayda verməyən və onlara asi olduqda isə özlərinə zərər verməyə qadir olmayan bütlərə ibadət edir­lər. Ka­fir kimsə Uca Allahı qəzəbləndirməkdə şey­tana tabe oldu.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
• Kafirlər, Allaha qarşı etdikləri küfrlər səbəbindən heyvanlardan da daha aşağı dərəcədədirlər.

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
• Kölgə, uca Allahın qüdrətinə dəlalət edən ayələrdən biridir.

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
• Dəlil və sübutların çeşidli olması uğurlu tərbiyə üslubudur.

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
• Quranla dəvət etmək, Allah yolunda cihad etmənin növlərindən biridir.

 
പരിഭാഷ അദ്ധ്യായം: ഫുർഖാൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം). - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർകസ് തഫ്സീർ പുറത്തിറക്കിയത്.

അടക്കുക