Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: വാഖിഅഃ   ആയത്ത്:

əl-Vaqiə

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
بيان أحوال العباد يوم المعاد.
Qulların dirilmə günü olan halının bəyan edilməsi.

إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ
Qiyamət, həqiqətən də, qopacaqdır. Bunda şübhə ola bilməz.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ
Həmin vaxt heç kəs dünya olduğu kimi onun qopduğunu yalan saya bilməz.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
خَافِضَةٞ رَّافِعَةٌ
O, kafirləri və günahkarları Cəhənnəm oduna daxil etməklə alçaldacaq, möminləri və müttəqiləri isə Cənnətə daxil etməklə ucaldacaqdır.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجّٗا
Yer çox möhkəm titrəyişlə titrədiyi za­man,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَبُسَّتِ ٱلۡجِبَالُ بَسّٗا
Dağlar tikə-tikə olub ovxalan­dığı zaman,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَكَانَتۡ هَبَآءٗ مُّنۢبَثّٗا
Dağlar parça-parça olub, bir yerdə sabit qalmayan toza çevriləcəyi zaman,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَكُنتُمۡ أَزۡوَٰجٗا ثَلَٰثَةٗ
Ey insanlar! O gün siz üç zümrəyə ayrılacaq­sınız.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ
Öz kitablarını sağ əlləri ilə götürəcək sağ tərəf sahibləri. Onların yeri necə uca və necə də əzəmətlidir!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ
Öz kitablarını sol əlləri ilə götürəcək sol tərəf sahibləri. Onların yeri necə alçaq və necə də pisdir!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ
Dünyada xeyirxah işlərdə öndə ge­dənlər, axirətdə Cən­nətə daxil olma xüsusunda da öndə olacaqlar!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
أُوْلَٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ
Onlar Allaha yaxın olan­lar,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فِي جَنَّٰتِ ٱلنَّعِيمِ
Nəim cən­nətlərində qala­caq və orada cürbəcür nemətlərdən istifadə edəcək kimsələrdir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ
Onların bir qismi bu ümmətdən, qalanı da əvvəlki ümmətlərdən,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقَلِيلٞ مِّنَ ٱلۡأٓخِرِينَ
Axır zamanda olan insanların az bir qismi öndə gedənlərdən və yaxın olanlardan olacaqlar.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
عَلَىٰ سُرُرٖ مَّوۡضُونَةٖ
Onlar qızılla toxunmuş taxtlar üstündə
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ
O taxtlar üzərində qarşı-qarşıya əyləşib dir­səklənə­cək və onlardan heç biri arxasını qarşısında əyləşənə çevirməyəcəkdir.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• دوام تذكر نعم الله وآياته سبحانه موجب لتعظيم الله وحسن طاعته.
Pak və müqəddəs Allahın nemətlərini və ayələrini davamlı şəkildə xatırlamaq, Allahı uca tutmağı və gözəl tərzdə Ona ibadət və itaət etməyi vacib edir.

• انقطاع تكذيب الكفار بمعاينة مشاهد القيامة.
Kafirlər öz gözləri ilə qiyamətin qopacağını gördükdə artıq onu yalan saya bilməyəcəklər.

• تفاوت درجات أهل الجنة بتفاوت أعمالهم.
Cənnət əhlinin əməllərinin fərqli olduğuna görə, Cənnətdəki dərəcələrinin fərqli olması.

 
പരിഭാഷ അദ്ധ്യായം: വാഖിഅഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക