पवित्र कुरअानको अर्थको अनुवाद - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - अनुवादहरूको सूची


अर्थको अनुवाद श्लोक: (7) सूरः: सूरतुर्रअद
وَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦٓۗ إِنَّمَآ أَنتَ مُنذِرٞۖ وَلِكُلِّ قَوۡمٍ هَادٍ
Allaha küfr edən kimsələr - insanları Allahın yolundan döndərərək və inadkarlıq edərək - deyirlər: "Kaş ki, Musaya və İsaya nazil edildiyi kimi Muhəmmədə də, Rəbbindən bir möcüzə en­di­ləydi?" Ey Peyğəmbər! Sən ancaq insanları Allahın əzabından xə­bərdar edib qorxudansan. Allahın sənə bəxş etdiyi möcüzələrdən başqa özündən heç bir möcüzə gətirməyə qadir deyilsən. Hər qöv­mün, onlara haqq yolu göstərən və haqqa çağıran bir peyğəmbəri var!
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• عظيم مغفرة الله وحلمه عن خطايا بني آدم، فهم يستكبرون ويَتَحَدَّوْنَ رسله وأنبياءه، ومع هذا يرزقهم ويعافيهم ويحلم عنهم.
• Adəm övladlarının xətalarına qarşı Allahın məğfirətinin və həlimliyinin əzəmətliyi. Adəm övladları Allahın elçilərinə və peyğəmbərlərinə qarşı təkəbbürlük edib, onları ölümlə hədələməklərinə rəğmən, Allah yenə də onlara ruzi bəxş edir, xəstəliklərdən şəfa verir və onlara qarşı rəhmlə rəftar edir.

• سعة علم الله تعالى بما في ظلمة الرحم، فهو يعلم أمر النطفة الواقعة في الرحم، وصَيْرُورتها إلى تخليق ذكر أو أنثى، وصحته واعتلاله، ورزقه وأجله، وشقي أو سعيد، فعلمه بها عام شامل.
• Bətinlərin qaranlıq zülmətində nəyin olmasını bilməklə, uca Allahın elminin geniş olduğunun bəyanı. O, ana bətninə düşən nütfənin halını, onun sonda erkək və ya dişi, sağlam və ya xəstə olacağını, onun ruzisini və əcəlini həmçinin xoşbəxt və ya bədbəxt olacağını ən yaxşı biləndir. Onun elmi bunların hər birini əhatə etmişdir.

• عظيم عناية الله ببني آدم، وإثبات وجود الملائكة التي تحرسه وتصونه وغيرهم مثل الحَفَظَة.
• Allahın Adəm övladına olan qayğısının əzəməti. Adəm övladını qoruyan və mühafizə edən və s. bu kimi mələklərlərin mövcudluğunun isbatı.

• أن الله تعالى يغير حال العبد إلى الأفضل متى ما رأى منه اتباعًا لأسباب الهداية، فهداية التوفيق منوطة باتباع هداية البيان.
• Uca Allah, qulunun hidayət yoluna yönəldən səbəblərdən tutduğunu görərsə, bu zaman onun halını daha da yaxşıya doğru dəyişdirər. Tovfiq hidayəti, bəyan hidayətinə tabe olmağa bağlıdır.

 
अर्थको अनुवाद श्लोक: (7) सूरः: सूरतुर्रअद
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - अनुवादहरूको सूची

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बन्द गर्नुस्