Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरः: कहफ   श्लोक:
قَالَ هَٰذَا رَحۡمَةٞ مِّن رَّبِّيۖ فَإِذَا جَآءَ وَعۡدُ رَبِّي جَعَلَهُۥ دَكَّآءَۖ وَكَانَ وَعۡدُ رَبِّي حَقّٗا
Zülqərneyn dedi: "Bu sədd, Yəcuc-Məcüc tayfalarının yer üzündə fitnə-fəsad törməmələri və bu işdə onlara mane olmaları üçün Rəb­bim­dən olan bir mərhəmət­dir. Qiyamət saatı qopmazdan əvvəl uca Allahın onların çıxması üçün təyin etdiyi vaxt gəldikdə isə, onu yerlə bərabər edəcək­dir. Uca Allahın səddi yerlə bərabər etməsi, Yəcuc-Məcüc tayfalarının oradan çıxıb, yer üzünə səpələnməsinə dair verdiyi vədi həqiqətdir və bu haqda heç bir ixtilaf ola bilməz!"
अरबी व्याख्याहरू:
۞ وَتَرَكۡنَا بَعۡضَهُمۡ يَوۡمَئِذٖ يَمُوجُ فِي بَعۡضٖۖ وَنُفِخَ فِي ٱلصُّورِ فَجَمَعۡنَٰهُمۡ جَمۡعٗا
Biz qiyamətə yaxın məxluqatın bəzisini başlı-başına, bir-birinə qa­rış­mış hal­da bura­xa­rıq. Sura üfü­rüldüyü zaman isə onların hesaba çəkib və etdikləri əməllərin qarşılığını vermək üçün hamısını bir araya top­layarıq.
अरबी व्याख्याहरू:
وَعَرَضۡنَا جَهَنَّمَ يَوۡمَئِذٖ لِّلۡكَٰفِرِينَ عَرۡضًا
O gün kafirlərin Cəhənnəmi öz gözləri ilə görmələri üçün Cəhənnəmi onlara açıq-aydın bir şəkildə göstərərik.
अरबी व्याख्याहरू:
ٱلَّذِينَ كَانَتۡ أَعۡيُنُهُمۡ فِي غِطَآءٍ عَن ذِكۡرِي وَكَانُواْ لَا يَسۡتَطِيعُونَ سَمۡعًا
Biz, dünyada ikən gözləri önünündə görmələrinə mane olan pərdədən dolayı Allahı zikir etməkdən kor olan kafirlərə Cəhənnəmi aşkar edib, göstərdik. O kəslər, dünyada Allahın ayələrini eşidib qəbul etmək iqtidarında deyildilər.
अरबी व्याख्याहरू:
أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن يَتَّخِذُواْ عِبَادِي مِن دُونِيٓ أَوۡلِيَآءَۚ إِنَّآ أَعۡتَدۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ نُزُلٗا
Məgər Allaha küfür edən kafirlər Məni qo­yub mələklərdən, peyğəmbərlərdən və şeytanlardan olan qul­larımı özlərinə dost tu­ta­caq­­la­rınımı zənn edirdilər? Şübhəsiz ki Biz, Cə­hənnəmi ka­firlərin orada qalmaları üçün hazırladıq!
अरबी व्याख्याहरू:
قُلۡ هَلۡ نُنَبِّئُكُم بِٱلۡأَخۡسَرِينَ أَعۡمَٰلًا
Ey Peyğəmbər! De: "Ey İnsanlar! Sizə insanlar içərisində əməlləri ba­xı­mından ən çox ziyana uğra­yan­ların kim olduğunu xəbər verimmi?
अरबी व्याख्याहरू:
ٱلَّذِينَ ضَلَّ سَعۡيُهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ يَحۡسَبُونَ أَنَّهُمۡ يُحۡسِنُونَ صُنۡعًا
Onlar Qiyamət günü, dünya həyatındakı səy­ləri bo­şa çıx­an kimsələrdir. Halbuki on­lar özlərinin yaxşı işlər gör­dükləri gü­ma­nında idilər. Amma həqiqət isə bunun tam əksidir.
अरबी व्याख्याहरू:
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ وَلِقَآئِهِۦ فَحَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَلَا نُقِيمُ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَزۡنٗا
Onlar Allahın vəhdaniyyətinə dəlalət edən ayələ­ri və Onun­la qarşılaşacaqla­rını in­kar edən və etdikləri küfrdən dolayı əməlləri boşa çıxan kim­sələrdir. Odur ki, Qiyamət gü­nü onların Allah yanında heç-bir qədir-qiymətləri olmayacaqdır!".
अरबी व्याख्याहरू:
ذَٰلِكَ جَزَآؤُهُمۡ جَهَنَّمُ بِمَا كَفَرُواْ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِي وَرُسُلِي هُزُوًا
Allahı inkar etmələrinə və elçilərimə nazil etdiyim ayə­lə­rimi lağlağıya qoy­duq­larına görə onlar üçün hazırlanmış cə­za – Cəhən­nəmdir.
अरबी व्याख्याहरू:
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَانَتۡ لَهُمۡ جَنَّٰتُ ٱلۡفِرۡدَوۡسِ نُزُلًا
Şübhəsiz ki, Uca Allaha iman gətirib yaxşı əməllər edənlərə hörmət olaraq qalacaqları yer, Cənnətin ən üstün təbəqəsində hazırlanmışdır!
अरबी व्याख्याहरू:
خَٰلِدِينَ فِيهَا لَا يَبۡغُونَ عَنۡهَا حِوَلٗا
Onlar o cənnətlərdə daimi qa­la­caq, oradan daha gözəl bir yer olmadığı üçün ora­nı tərk edib başqa bir yerə getmək is­tə­­məyə­cək­lər.
अरबी व्याख्याहरू:
قُل لَّوۡ كَانَ ٱلۡبَحۡرُ مِدَادٗا لِّكَلِمَٰتِ رَبِّي لَنَفِدَ ٱلۡبَحۡرُ قَبۡلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّي وَلَوۡ جِئۡنَا بِمِثۡلِهِۦ مَدَدٗا
Ey Peyğəmbər! De: "Rəbbimin kəlmələri tükənməzdir. Əgər dəniz suyu mü­rək­kəb olsa və bir o qə­dər də ona əlavə etsəydik və bunlarla Rəbbimin kəlmələrini yazmış olsaydın, Rəbbimin kəlmələri qurtarmazdan ön­cə dənizin suyu qur­tarardı!"
अरबी व्याख्याहरू:
قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا
Ey Peyğəmbər! De: "Mən də sizin kimi bir bəşərəm. Şübhəsiz ki, mənə, haqq olan məbudunuzun tək bir məbud olduğu və Onun heç bir şəriki, ortağı olmadığı vəhy olu­nur. O, Uca olan Allahdır. Kim qiyamət günü dirilib haqq-hesab üçün Rəbbi ilə qar­şılaşaca­ğından qorxursa qoy o, şəriətə müvafiq əməllər etsin və Rəb­bi­nə etdiyi ibadət­lə­rin­də Ona heç kəsi şərik qoşmasın!"
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• إثبات البعث والحشر بجمع الجن والإنس في ساحات القيامة بالنفخة الثانية في الصور.
• Sura ikinci dəfə üfürüldükdə, bütün cin və insanların dirilib məhşər meydanında həşr olunmasının isbatı.

• أن أشد الناس خسارة يوم القيامة هم الذين ضل سعيهم في الدنيا، وهم يظنون أنهم يحسنون صنعًا في عبادة من سوى الله.
• Qiyamət günü ən çox ziyana uğrayan kimsələr, dünyadakı zəhməti boşa getmiş və Allahdan başqasına ibadət etməklə özlərinin yaxşı işlər gördüklərini zənn edən kimsələrdir.

• لا يمكن حصر كلمات الله تعالى وعلمه وحكمته وأسراره، ولو كانت البحار والمحيطات وأمثالها دون تحديد حبرًا يكتب به.
• Uca Allahın kəlmələrini, elmini, hikmətini və sirlərini müəyyən bir çərçivəyə salmaq mümkünsüzdür. Dənizlər və okeanlar və bir o qədər də həddsiz-hüdudsuz mürəkkəb olsa belə, yenə də bunları yazmaq üçün bəs etməz.

 
अर्थको अनुवाद सूरः: कहफ
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्