Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरः: ज्जुखरूफ   श्लोक:
وَٱلَّذِي نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَنشَرۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ تُخۡرَجُونَ
O Allah, göydən həm sizə, həm də sizin heyvanlarınıza və əkinlərinizə kifayət edəcək qə­dər su endirdi. Biz onunla heç bir bitgi bitməyən ölü bir diyarı di­ril­tdik. Alah o ölü diyarı bitkilərlə diriltdiyi kimi, sizi də hüzuruna toplamaq üçün dirildəcəkdir.
अरबी व्याख्याहरू:
وَٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡفُلۡكِ وَٱلۡأَنۡعَٰمِ مَا تَرۡكَبُونَ
O Allah ki, gecə və gündüz, kişi və qadın və başqa bu kimi cütlərin hamısını ya­ratdı. Sizin üçün səfərə çıxdığınızda heyvanlardan və gəmilərdən minə biləcəyiniz miniklər yaratdı. Siz gəmiləri dənizdə, heyvanları isə quruda minib istifadə edirsiniz.
अरबी व्याख्याहरू:
لِتَسۡتَوُۥاْ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذۡكُرُواْ نِعۡمَةَ رَبِّكُمۡ إِذَا ٱسۡتَوَيۡتُمۡ عَلَيۡهِ وَتَقُولُواْ سُبۡحَٰنَ ٱلَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقۡرِنِينَ
Uca Allah bütün bunları yaratdı ki, səfər çıxdıqda, onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyi­niz za­man Rəb­binizin nemətini - bu minikləri sizin ixtiyarınıza verdiyini yada salıb, dilinizlə belə deyə­si­niz: “Bu miniyi bizim ixtiyarımıza verən və bunu bizə ram edən və beləliklə də ondan istədiyimiz kimi istifadə etməyi bizim üçün asanlaşdıran Allah pak və müqəd­dəs­dir. Əgər Allah onu bizim ixtiyarımıza verməsəydi, bi­zim ona əsla gücümüz çatmaz­dı.
अरबी व्याख्याहरू:
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ
Şübhəsiz ki, biz öldükdən sonra (dirilib) haqq-hesaba çəkilmək və əməllərimizin əvəzini almaq üçün yalnız Rəbbi­mizin hzüruna qayıdacağıq”.
अरबी व्याख्याहरू:
وَجَعَلُواْ لَهُۥ مِنۡ عِبَادِهِۦ جُزۡءًاۚ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ مُّبِينٌ
Müşriklər Allahın yaratdıqlarından bəzisinin onun övladı olduğunu iddia edib dedilər: "Mələklər Allahın qızlarıdır". Belə söz söyləyən insan, həqi­qə­tən də, açıq-aydın küfr və azğınlıq içindədir.
अरबी व्याख्याहरू:
أَمِ ٱتَّخَذَ مِمَّا يَخۡلُقُ بَنَاتٖ وَأَصۡفَىٰكُم بِٱلۡبَنِينَ
Ey müşriklər, yoxsa Allah, yaratdıq­la­rından qız­ları Özünə götürüb oğ­lan­la­rı sizin üçün övlad seçdiyinimi deyirsiniz?! İddia etdiyiniz bu bölgü necə bir bölgüdür?!
अरबी व्याख्याहरू:
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحۡمَٰنِ مَثَلٗا ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٌ
Onlardan birinə, Rəbbinə aid etdiyi qız uşa­ğı ilə müj­də verilsə, sıxıntı və kədərdən üzü qapqara qaralar, olduqca bərk qəzəblənər. Bəs nə haqla, özünə müjdə verildiyi təqdirdə kədərlənməsinə səbəb olan qız uşağını Rəbbinə isnad edir?!
अरबी व्याख्याहरू:
أَوَمَن يُنَشَّؤُاْ فِي ٱلۡحِلۡيَةِ وَهُوَ فِي ٱلۡخِصَامِ غَيۡرُ مُبِينٖ
Onlar zinət içində böyü­dülən və mübahisə vaxtı qadın olduğundan dolayı açıq-ay­dın da­nı­şa bilməyənimi Allaha isnad edirlər?!
अरबी व्याख्याहरू:
وَجَعَلُواْ ٱلۡمَلَٰٓئِكَةَ ٱلَّذِينَ هُمۡ عِبَٰدُ ٱلرَّحۡمَٰنِ إِنَٰثًاۚ أَشَهِدُواْ خَلۡقَهُمۡۚ سَتُكۡتَبُ شَهَٰدَتُهُمۡ وَيُسۡـَٔلُونَ
Onlar pak və müqəddəs Mərhəmətli Allahın qul­ları sayılan mələkləri qız adlandırırlar. Məgər onlar, Allah mələkləri yaradarkən orada olub, onların qız olduqlarını öz gözləri ilə gördülər? Mələklər on­la­rın bu şahidliyini yazacaqlar. Qiyamət günün onlar bu şahidliyə görə cavab ver­əcək və yalan danışdıqlarına görə əzaba düçar olacaqlar.
अरबी व्याख्याहरू:
وَقَالُواْ لَوۡ شَآءَ ٱلرَّحۡمَٰنُ مَا عَبَدۡنَٰهُمۗ مَّا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ
Onlar qədəri əsas gətirərək dedilər: “Əgər Allah bizim mələklərə ibadət etməyimizi istəməsəydi, biz on­lara ibadət et­məzdik. Allahın bizdən bunu istəməsi, bu ibadətdən razı qalmasına dəlalət edir”. Onların bu sözləri haqda heç bir bi­liyi yoxdur. Onlar ancaq yalan danı­şırlar.
अरबी व्याख्याहरू:
أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا مِّن قَبۡلِهِۦ فَهُم بِهِۦ مُسۡتَمۡسِكُونَ
Yoxsa o müşriklərə Qurandan əv­vəl elə bir kitab vermişik ki, o, onlara Allahdan qeyrisinə ibadət etməyə icazə verir və onlar da ondan möhkəm tutub ona is­tinad edir­lər?!
अरबी व्याख्याहरू:
بَلۡ قَالُوٓاْ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهۡتَدُونَ
Xeyr, belə bir şey olmayıb, əksinə, onlar təqlid etdiklərini dəlil göstərib dedilər: “Biz özümüzdən əvvəl ata­larımızı dinə və etiqada bağlı olduğunu görmüşük. Onlar bütlərə ibadət edirdilər. Biz də, həmçinin, bütlərə ibadət etməkdə onların yo­lunu tutub gedə­cəyik!”
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• كل نعمة تقتضي شكرًا.
Hər bir nemət şükür tələb edir.

• جور المشركين في تصوراتهم عن ربهم حين نسبوا الإناث إليه، وكَرِهوهنّ لأنفسهم.
Müşriklərin özləri üçün xoşlamadıqları qız uşaqlarını Allaha nisbət edirək Rəbbi barəsində haqsızlığa yol vermələri.

• بطلان الاحتجاج على المعاصي بالقدر.
Günah işlədərkən qədərə əsaslanmağın batil olması.

• المشاهدة أحد الأسس لإثبات الحقائق.
Gözlə görüb müşahidə etmək həqiqətləri isbat etmək üçün əsaslardan biridir.

 
अर्थको अनुवाद सूरः: ज्जुखरूफ
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्