Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरः: त्तूर   श्लोक:
أَفَسِحۡرٌ هَٰذَآ أَمۡ أَنتُمۡ لَا تُبۡصِرُونَ
Bəlkə bu gördüyünüz əzab da sehrdir?! Yoxsa siz onu görmürsünüz?!
अरबी व्याख्याहरू:
ٱصۡلَوۡهَا فَٱصۡبِرُوٓاْ أَوۡ لَا تَصۡبِرُواْ سَوَآءٌ عَلَيۡكُمۡۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ
Dadın bu atəşin istisini və yanın orada! Onun atəşinin əzabını dözsəniz də, döz­məsəniz də, səbili olmağınız və ya səbirsizliyiniz sizin üçün ey­ni­dir. Bu gün sizə an­caq dünyada etdiyiniz küfrün və asiliklərin cəzası veriləcəkdir”
अरबी व्याख्याहरू:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَعِيمٖ
Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələr cənnətlərdə və tükənməz böyük nemət içində olcaqlar.
अरबी व्याख्याहरू:
فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ
Rəbbinin onlara bəxş et­diyi ləzzətli yemək-içməklərə, habelə, hurilərə se­vinəcək və onların pak və müqəddəs Rəbbi on­ları Cə­hən­nəm əza­bından xilas edəcək. Beləcə, onlar istədikləri nemətlərə nail olmaqla, habelə, çəkindikləri əzabdan qurtulmaqla uğur qazanacaqlar.
अरबी व्याख्याहरू:
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
Onlara deyiləcək: "Nəfsinizi çəkdiyi nemətlərdən nuşcanlıqla yeyin-için! Yediyiniz və içdiyiniz şeylərdən zərər görəcəyinizdən və əziyyət çəkəcəyinizdən ötrü əndişlənməyin. Bu nemətlər sizin dünyada etdiyiniz yaxşı əməllərin mükafatıdır.
अरबी व्याख्याहरू:
مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٖ مَّصۡفُوفَةٖۖ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ
Onlar bəzədilmiş və bir-birinin yanına cərgələrlə düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz on­­ları iri qa­ra gözlü huri­lər­lə evləndirəcəyik.
अरबी व्याख्याहरू:
وَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتۡهُمۡ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلۡحَقۡنَا بِهِمۡ ذُرِّيَّتَهُمۡ وَمَآ أَلَتۡنَٰهُم مِّنۡ عَمَلِهِم مِّن شَيۡءٖۚ كُلُّ ٱمۡرِيِٕۭ بِمَا كَسَبَ رَهِينٞ
Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən övladlarını, əməlləri onların əməllərinə çatmasa belə, Cən­nətdə öz­lərinə qo­vuşduracağıq ki, könülləri şad olsun. Onların əməllə­rinin savabından heç bir şey əskilt­məyə­cə­yik. Hər bir insan qazandığı pis əməlinin girovudur və başqa birisi onun günah yükündən heç bir şey daşımaz.
अरबी व्याख्याहरू:
وَأَمۡدَدۡنَٰهُم بِفَٰكِهَةٖ وَلَحۡمٖ مِّمَّا يَشۡتَهُونَ
Biz Cənnət əhlinə istədikləri çeşid-çeşid mey­vələr­dən və ətdən bol-bol verəcəyik.
अरबी व्याख्याहरू:
يَتَنَٰزَعُونَ فِيهَا كَأۡسٗا لَّا لَغۡوٞ فِيهَا وَلَا تَأۡثِيمٞ
Onlar Cənnətdə bir-birinə şə­­rab dolu badə ötürəcəklər. Bu şərabı içdikdə, o, dünyadakı şərabın sərxoşluğu kimi on­ları nə batil sözlər danışmağa, nə də günaha təhrik edəcəkdir.
अरबी व्याख्याहरू:
۞ وَيَطُوفُ عَلَيۡهِمۡ غِلۡمَانٞ لَّهُمۡ كَأَنَّهُمۡ لُؤۡلُؤٞ مَّكۡنُونٞ
Onların ətrafında xid­mət­lərinə ve­rilmiş, dəriləri də, sədəfin içində qorunub saxlanılan mir­­vari kimi saf və ağappaq olan yeniyetmə oğ­lanlar dolanacaqlar.
अरबी व्याख्याहरू:
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
Cənnət əhli bir-birlərinə tərəf dönüb bir-birindən dünyadakı halları barədə soruşacaqlar.
अरबी व्याख्याहरू:
قَالُوٓاْ إِنَّا كُنَّا قَبۡلُ فِيٓ أَهۡلِنَا مُشۡفِقِينَ
Onlar belə cavab verəcəklər: "Biz dünyada ailəmizin içində ikən Allahın əzabından qorxurduq.
अरबी व्याख्याहरू:
فَمَنَّ ٱللَّهُ عَلَيۡنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ
Allah bizi İslam dininə yönəltməklə bizə mərhəmət göstərdi və bizi çox qızmar atəşin əza­bın­dan qoru­du.
अरबी व्याख्याहरू:
إِنَّا كُنَّا مِن قَبۡلُ نَدۡعُوهُۖ إِنَّهُۥ هُوَ ٱلۡبَرُّ ٱلرَّحِيمُ
Biz dünya həyatımızda Allaha ibadət edir və Ona dua edirdik ki, bizi Cəhənnəm əzabından qorusun. Hə­qiqətən, O, Öz qullarına verdiyi vədinə sadiq qalan, onlara yaxşılıq və rəhm edəndir. Onun bizə iman bəxş etməsi, bizi Cənnətə daxil etməsi və Cəhənnəmdən uzaqlaşdırması, Onun bizə etdiyi yaxşılığı və bizə göstərdiyi mərhəmətindəndir”.
अरबी व्याख्याहरू:
فَذَكِّرۡ فَمَآ أَنتَ بِنِعۡمَتِ رَبِّكَ بِكَاهِنٖ وَلَا مَجۡنُونٍ
Ey Peyğəmbər! Sən Quranla xatırlat! Allahın sənə əta etdiyi iman və ağıl sayəsində nə cinlərdən bilgi alan ka­hin­sən, nə də dəli!
अरबी व्याख्याहरू:
أَمۡ يَقُولُونَ شَاعِرٞ نَّتَرَبَّصُ بِهِۦ رَيۡبَ ٱلۡمَنُونِ
Yoxsa haqqı yalan sayanlar: “Muhəmməd rəsul deyil, əksinə, o, bir şair­dir. Biz canımızı ondan qurtarmaq üçün, ölümün onu yaxalamasını gözlə­yirik” – deyirlər.
अरबी व्याख्याहरू:
قُلۡ تَرَبَّصُواْ فَإِنِّي مَعَكُم مِّنَ ٱلۡمُتَرَبِّصِينَ
Ey Peyğəmbər! Onlara de: “Ölümümü gözləyin, mən də sizin məni yalançı saydığınıza görə düçar olacağınız əzabı gözləyirəm”.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• الجمع بين الآباء والأبناء في الجنة في منزلة واحدة وإن قصر عمل بعضهم إكرامًا لهم جميعًا حتى تتم الفرحة.
Valideynlərdən və övladlardan bəzisinin əməlində naqislik olsa belə, onların hamısına ehtiram göstərilərək, tam şəkildə sevinsinlər deyə, onların Cənnətdə bir yerdə olması.

• خمر الآخرة لا يترتب على شربها مكروه.
Axirət şərabını içdikdəm sonra insandan hər hansı bir xoşagəlməz hadisə baş verməz.

• من خاف من ربه في دنياه أمّنه في آخرته.
Kim dünyada Rəbbindən qorxarsa, Rəbbi axirətdə onu (hər bir qorxudan) xatircəm edər.

 
अर्थको अनुवाद सूरः: त्तूर
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्