Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - अजरबैजानी भाषामा अनुवाद - अली खान मुसायिफ * - अनुवादहरूको सूची

PDF XML CSV Excel API
Please review the Terms and Policies

अर्थको अनुवाद सूरः: माइदः   श्लोक:
أُحِلَّ لَكُمۡ صَيۡدُ ٱلۡبَحۡرِ وَطَعَامُهُۥ مَتَٰعٗا لَّكُمۡ وَلِلسَّيَّارَةِۖ وَحُرِّمَ عَلَيۡكُمۡ صَيۡدُ ٱلۡبَرِّ مَا دُمۡتُمۡ حُرُمٗاۗ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ
Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətcə quruda ov etmək isə sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!
अरबी व्याख्याहरू:
۞ جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
Allah Kəbəni – Beytulharamı, haram ayı, (həcc) qurbanını və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə etdi. Bu, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bildiyini anlamanız üçündür. Allah hər şeyi biləndir.
अरबी व्याख्याहरू:
ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
Bilin ki, Allah şiddətli cəza verəndir, həmçinin, Allah bağışlayandır, rəhmlidir.
अरबी व्याख्याहरू:
مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ
Allah rəsulunun üzərinə düşən (vəzifə) ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
अरबी व्याख्याहरू:
قُل لَّا يَسۡتَوِي ٱلۡخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوۡ أَعۡجَبَكَ كَثۡرَةُ ٱلۡخَبِيثِۚ فَٱتَّقُواْ ٱللَّهَ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
(Ey Muhamməd!) De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.
अरबी व्याख्याहरू:
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَسۡـَٔلُواْ عَنۡ أَشۡيَآءَ إِن تُبۡدَ لَكُمۡ تَسُؤۡكُمۡ وَإِن تَسۡـَٔلُواْ عَنۡهَا حِينَ يُنَزَّلُ ٱلۡقُرۡءَانُ تُبۡدَ لَكُمۡ عَفَا ٱللَّهُ عَنۡهَاۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ
Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə agah olar. (Halbuki) Allah (soruşduğunuz o şeyləri) əfv etmişdir. Allah bağışlayandır, həlimdir.
अरबी व्याख्याहरू:
قَدۡ سَأَلَهَا قَوۡمٞ مِّن قَبۡلِكُمۡ ثُمَّ أَصۡبَحُواْ بِهَا كَٰفِرِينَ
Sizdən əvvəl olan bir qövm onlar barədə soruşmuş, sonra da (onları inkar edib) kafir olmuşdu.
अरबी व्याख्याहरू:
مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٖ وَلَا سَآئِبَةٖ وَلَا وَصِيلَةٖ وَلَا حَامٖ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُواْ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَأَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ
Bəhirə, saibə, vəsilə və ham (adlandırılıb bütlərə nəzir edilən heyvanlar) barəsində Allah heç nə buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların çoxu isə (bunu) anlamırlar.
अरबी व्याख्याहरू:
 
अर्थको अनुवाद सूरः: माइदः
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - अजरबैजानी भाषामा अनुवाद - अली खान मुसायिफ - अनुवादहरूको सूची

यसलाई अली खान मुसायिफले अनुवाद गरेका हुन् । यसलाई रुव्वाद अनुवाद केन्द्रको निरक्षणमा विकसित गरिएको छ । प्रतिक्रिया, मूल्याङ्कन र निरन्तर विकासको लागि मूल अनुवाद अध्ययनको लागि उपलब्ध छ ।

बन्द गर्नुस्