Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Surah: Suratu Al-Massad   Versículo:

əl-Məsəd

Dos propósitos do capítulo:
بيان خسران أبي لهب وزوجه.
Əbu Ləhəbin və onun arvadının ziyana uğramasının bəyan edilməsi.

تَبَّتۡ يَدَآ أَبِي لَهَبٖ وَتَبَّ
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmisi Əbu Ləhəb bin Əbdülmüttəlibin əməlləri ziyana uğramaqla əlləri qurudu. Belə ki, o, Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əziyyət vermiş, lakin bütün səyləri boşa çıxmışdır.
Os Tafssir em língua árabe:
مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ
Var-dövləti və oğul-uşağı ona fayda verə biləcəkmi?! Onlar nə əzabı ondan dəf edər, nə də onun üçün mərhəmət əldə edər.
Os Tafssir em língua árabe:
سَيَصۡلَىٰ نَارٗا ذَاتَ لَهَبٖ
Qiyamət günü o, alovlanan oda girəcək və onun hərarətindən əzab çəkəcəkdir.
Os Tafssir em língua árabe:
وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ
Əbu Ləhəbin, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yoluna tikan atmaqla ona əziyyət vermiş arvadı Ummu Cəmil də, alovlanan oda girəcək.
Os Tafssir em língua árabe:
فِي جِيدِهَا حَبۡلٞ مِّن مَّسَدِۭ
O qadının boynuna möhkəm şəkildə ip bağlanmış halda Cəhənnəmə gətiriləcəkdir.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• المفاصلة مع الكفار.
Kafirlərdən uzaq durmaq.

• مقابلة النعم بالشكر.
Verilmiş nemətlər müqabilində şükür etmək.

• سورة المسد من دلائل النبوة؛ لأنها حكمت على أبي لهب بالموت كافرًا ومات بعد عشر سنين على ذلك.
əl-Məsəd surəsi peyğəmbərlik möcüzələrindəndir. Belə ki, Əbu Ləhəbin kafir olaraq öləcəyinə hökm verilmiş və o, onun barədə bu hökm verildikdən düz on il keçdikdən sonra kafir olduğu halda ölmüşdür.

• صِحَّة أنكحة الكفار.
Kafirlərlərin nikahının səhih olması.

 
Tradução dos significados Surah: Suratu Al-Massad
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar