แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - สารบัญ​คำแปล


แปลความหมาย​ อายะฮ์: (73) สูเราะฮ์: Al-Hajj
يَٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٞ فَٱسۡتَمِعُواْ لَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخۡلُقُواْ ذُبَابٗا وَلَوِ ٱجۡتَمَعُواْ لَهُۥۖ وَإِن يَسۡلُبۡهُمُ ٱلذُّبَابُ شَيۡـٔٗا لَّا يَسۡتَنقِذُوهُ مِنۡهُۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلۡمَطۡلُوبُ
Ey insanlar! Sizə bir mə­səl çəki­lir, onu yaxşıca dinləyin və ondan ibrət alın. Şüb­həsiz ki, Allah­dan başqa iba­dət etdikləriniz bütlər və bunlardan qeyriləri, acizliyindən dolayı kiçik bir mil­çək belə yarada bil­məz­lər, hətta onlar bunun üçün bir araya gəlsələr belə. Əgər mil­çək bütlərin üstündə olan ətir və ya başqa bir şey götürüb aparsa, bunu on­dan geri ala bilməzlər. Beləliklə də, bütlərin kiçik bir milçək yaratmaqdan və milçəyin onların üstündən bir şey götürüb apardıqda onu milçəkdən qeri almaqdan aciz olduqları üçün ondan da daha böyük şeyləri yaratmağa aciz olduqları ortaya çıxdı. Belə olan bir halda - onların aciz olmalarına rəğmən - necə ola bilər ki, onlar, Allahdan başqasına ibadət edirlər? İs­tə­yən də, yəni: milçəyin ondan aldığı kiçik bir şeyi milçəkdən geri almağa qadir olmayan, ibadət edilən bütlər də acizdır və aldığını geri qaytarılmasını istənilən milçək də.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• أهمية ضرب الأمثال لتوضيح المعاني، وهي طريقة تربوية جليلة.
• Mənanı izah etmək üçün məsəl çəkməyin əhəmiyyəti və bunun tərbiyəvi gözəl bir üslub olması.

• عجز الأصنام عن خلق الأدنى دليل على عجزها عن خلق غيره.
• İbadət edilən bütlərin kiçik bir şeyi yaratmaqdan aciz qalmaları, onların başqa bir şey yaratmağa aciz olduqlarına dəlildir.

• الإشراك بالله سببه عدم تعظيم الله.
• Allaha şərik qoşmağın səbəbi, Onu layiqincə təzim edilməməsidir.

• إثبات صفتي القوة والعزة لله، وأهمية أن يستحضر المؤمن معاني هذه الصفات.
• Yuxarıda keçən ayədə Uca Allahın iki sifəti: qüvvət və izzət sifətlərinin isbatı və hər bir mömin bu kimi sifətlərin mənalarını dərk etməyin əhəmiyyəti bəyan edilmişdir.

 
แปลความหมาย​ อายะฮ์: (73) สูเราะฮ์: Al-Hajj
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - สารบัญ​คำแปล

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ปิด