Salin ng mga Kahulugan ng Marangal na Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (109) Surah: Hūd
فَلَا تَكُ فِي مِرۡيَةٖ مِّمَّا يَعۡبُدُ هَٰٓؤُلَآءِۚ مَا يَعۡبُدُونَ إِلَّا كَمَا يَعۡبُدُ ءَابَآؤُهُم مِّن قَبۡلُۚ وَإِنَّا لَمُوَفُّوهُمۡ نَصِيبَهُمۡ غَيۡرَ مَنقُوصٖ
Ey Peyğəmbər! O müşriklərin ibadət et­dik­ləri bütlərin batil olması barədə heç bir şübhən olmasın. Onların bu bütlərə tapınmaqlarının doğruluğuna dair nə əqlı, nə də ki, şəri bir dəlilləri vardır. Onları bu bütlərə ibadət etməyə sövq edən şey, ata­la­­rının əv­vəl­lər onlara ibadət etmələridir. Şüb­hə­siz ki, Biz on­ların cəzasını əs­kilt­mədən tam şəkildə verəcəyik.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• وجوب الاستقامة على دين الله تعالى.
• Uca Allahın dinində sabitqədəm olmağın vacibliyi.

• التحذير من الركون إلى الكفار الظالمين بمداهنة أو مودة.
• Zalım kafirlərə məhəbbət və yaxud yumuşaqlıq göstərərək onlara meyl etməkdən çəkindirmək.

• بيان سُنَّة الله تعالى في أن الحسنة تمحو السيئة.
• Saleh əməllər günahları silib aparması Uca Allahın sünnələrindəndir.

• الحث على إيجاد جماعة من أولي الفضل يأمرون بالمعروف، وينهون عن الفساد والشر، وأنهم عصمة من عذاب الله.
• Yaxşılığı əmr edib, pislikdən və şər əməllərdən çəkindirən fəzilət sahibi olan bir cammatın olmasına təşviq edilmişdir. Bu kimsələr, Allahın əzabından nicat tapan kimsələrdir.

 
Salin ng mga Kahulugan Ayah: (109) Surah: Hūd
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Indise ng mga Salin

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Isara