Salin ng mga Kahulugan ng Marangal na Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (82) Surah: Al-Kahf
وَأَمَّا ٱلۡجِدَارُ فَكَانَ لِغُلَٰمَيۡنِ يَتِيمَيۡنِ فِي ٱلۡمَدِينَةِ وَكَانَ تَحۡتَهُۥ كَنزٞ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحٗا فَأَرَادَ رَبُّكَ أَن يَبۡلُغَآ أَشُدَّهُمَا وَيَسۡتَخۡرِجَا كَنزَهُمَا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ وَمَا فَعَلۡتُهُۥ عَنۡ أَمۡرِيۚ ذَٰلِكَ تَأۡوِيلُ مَا لَمۡ تَسۡطِع عَّلَيۡهِ صَبۡرٗا
Amma dağılıb uşmaq uzərə olan divarı düzəltmə səbəbindən inkar etdiyinə gəldikdə isə, o divar gəldiyimiz şəhərdə ata-anası ölmüş iki yetim oğlana aid idi. Bu divarın al­tın­da onlara məxsus bir xə­zinə vardı. Onların atası ­saleh bir kimsə idi. Ey Musa! Rəbbin on­ların böyüyüb, həddi-buluğa çatmala­rını, həmən divarın altında gizlədimış onlara məxsus öz xəzinəni tapıb çıxartmalarını is­tə­di. Əgər divar indi dağılıb uçulsaydı, xəzinə ortaya çıxıb zay olub gedərdi. Bu, Rəbbinin onlara olan bir mərhəməti sayəsində idi. Mən bun­ları öz ixtiyarımla etmir­dim. Bunlar, sənin səbir edə bilmə­di­­yin şeylərin həqiqi yozumudur!"
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• وجوب التأني والتثبت وعدم المبادرة إلى الحكم على الشيء.
• Bir şey barəsində hökm verdikdə, təmkinli olmaq, dəqiqləşdirmək və tələsməmək gərəkdir.

• أن الأمور تجري أحكامها على ظاهرها، وتُعَلق بها الأحكام الدنيوية في الأموال والدماء وغيرها.
• Şübhəsiz ki, işlər zahirən göründüyü kimi icra edilir. Can, mal və digər dünyavi əhkamlarda buna aiddir.

• يُدْفَع الشر الكبير بارتكاب الشر الصغير، ويُرَاعَى أكبر المصلحتين بتفويت أدناهما.
• Böyük görünən şərə mane olmaq üçün zahirən kiçik görünən şəri etmək. İki xeyirin ən böyüyünə həris olaraq ən kiçiyini fövtə vermək.

• ينبغي للصاحب ألا يفارق صاحبه ويترك صحبته حتى يُعْتِبَه ويُعْذِر منه.
• Yol yoldaşı, yola çıxdığı yoldaşını incitməməsi üçün ondan ayrılmaq istədikdə, yoldaşının könlü qırılmasın deyə, ondan üzür istəyib ayrılması gözəl əxlaqdandır.

• استعمال الأدب مع الله تعالى في الألفاظ بنسبة الخير إليه وعدم نسبة الشر إليه .
• Xeyiri uca Allaha nisbət edib, şəri isə Ona nisbət etməmək, ləfzlərdə uca Allahla ədəbli olmaq uslublarından biridir.

• أن العبد الصالح يحفظه الله في نفسه وفي ذريته.
• Uca Allah saleh qulu və onun zürriyyətini hifz edər.

 
Salin ng mga Kahulugan Ayah: (82) Surah: Al-Kahf
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Indise ng mga Salin

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Isara