Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (82) Surah: Al-Qasas
وَأَصۡبَحَ ٱلَّذِينَ تَمَنَّوۡاْ مَكَانَهُۥ بِٱلۡأَمۡسِ يَقُولُونَ وَيۡكَأَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُۖ لَوۡلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيۡنَا لَخَسَفَ بِنَاۖ وَيۡكَأَنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ
Qarunun yerin dibinə batırılmasından öncə onun sahib olduğu mal-dövlətə təmənna edənlər, yanılaraq və Qarunun yerin dibinə batırılmasından ibrət alaraq belə de­dilər: "Məgər biz, uca Allahın Öz qullarından istədiyi kimsənin ru­zisini ar­tırdığını və istədiyi kimsənin də, azaltdığını bilmirdikmi?! Əgər üzərimizdə Allahın lütfü olmasaydı, söylədiyimiz sözə görə bizi cəzalandırıb, Qarunu yerin dibinə batırdığı kimi bizi də yerin dibinə elə batırardı. Şübhəsiz ki, kafirlər nə dünya da, nə də ki, axirət də nicat tap­mazlar. Əksinə, onların dünya da və axirət də sonu xüsrana uğramaqdır.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• كل ما في الإنسان من خير ونِعَم، فهو من الله خلقًا وتقديرًا.
• İnsanların əlində olan bütün xeyir və nemətlər, uca Allahın yaratması və təqdir etməsi sayəsindədir.

• أهل العلم هم أهل الحكمة والنجاة من الفتن؛ لأن العلم يوجه صاحبه إلى الصواب.
• Elmə sahib olan kimsələr, hikmətə sahib olan və həmçinin fitnə-fəsaddan uzaq kimsələrdir. Çünki elm sahibini düzgün yola yönəldər.

• العلو والكبر في الأرض ونشر الفساد عاقبته الهلاك والخسران.
• Yer üzündə təkəbbürlük etməyin, özünü hamıdan üstün tutmağın və fitnə-fəsad yaymağın sonu, həlak olmaq və ziyana uğramaqdır.

• سعة رحمة الله وعدله بمضاعفة الحسنات للمؤمن وعدم مضاعفة السيئات للكافر.
• Möminlərin etdikləri yaxşı əməllərin savabının qat-qat artırılması və kafirlərin də etdikləri pisliklərin cəzasının artırılmadan, eynisi ilə verilməsi uca Allahın qullarına qarşı olan böyük mərhəməti və ədalətindəndir.

 
Salin ng mga Kahulugan Ayah: (82) Surah: Al-Qasas
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara