Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (159) Surah: Āl-‘Imrān
فَبِمَا رَحۡمَةٖ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمۡۖ وَلَوۡ كُنتَ فَظًّا غَلِيظَ ٱلۡقَلۡبِ لَٱنفَضُّواْ مِنۡ حَوۡلِكَۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمۡ وَشَاوِرۡهُمۡ فِي ٱلۡأَمۡرِۖ فَإِذَا عَزَمۡتَ فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَوَكِّلِينَ
Ey Peyğəmbər! Allahın mərhəməti sa­yə­sində sən səhabələrinə gözəl əxlaqla rəftar et­din. Əgər sən söz və əməlində kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sə­nin ət­rafından dağı­lıb gedərdilər. Elə isə onla­rın sənə qarşı haqsızlıq etdiklərini əfv et, on­lar üçün Allah­dan bağış­lan­ma dilə və gö­rəcəyin iş­lər barədə ehtiyac olarsa, onlarla məsləhət­ləş, məs­ləhət­ləşdikdən sonra qəti qərara gəldikdə isə o işi edib Alla­ha tə­vəkkül et! Həqi­qə­tən, Allah təvəkkül edən­ləri sevər, işlərində müvəffəq edər və onlara yardımçı olar.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• النصر الحقيقي من الله تعالى، فهو القوي الذي لا يحارب، والعزيز الذي لا يغالب.
• Həqiqi kömək uca Allahdandır. O, güc-qüvvət sahibidir, kimsə Onunla mübarizə apara bilməz. İzzətlidir, heç vaxt məğlub edilməz.

• لا تستوي في الدنيا حال من اتبع هدى الله وعمل به وحال من أعرض وكذب به، كما لا تستوي منازلهم في الآخرة.
• Dünyada Allahın doğru yoluna tabe olub, xeyirli işlər görən kimsənin halı ilə Allahdan üz çevirib və Onu yalan sayan kimsənin halı ilə eyni dərəcədə olmadığı kimi, axirətdə də onların halı eyni dərəcədə olmayacaqdır.

• ما ينزل بالعبد من البلاء والمحن هو بسبب ذنوبه، وقد يكون ابتلاء ورفع درجات، والله يعفو ويتجاوز عن كثير منها.
• İnsana baş verən bəla və ya müsibət öz günahlarının üzündəndir. Bəzən də bu bəla və ya müsibətlər, onun Allah yanında dərəcələrinin yüksəlməsinə səbəbdir. Allah isə çox insanların günahını əfv edib bağışlayar.

 
Salin ng mga Kahulugan Ayah: (159) Surah: Āl-‘Imrān
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara