Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: Al-Fat'h   Ayah:
وَهُوَ ٱلَّذِي كَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡ وَأَيۡدِيَكُمۡ عَنۡهُم بِبَطۡنِ مَكَّةَ مِنۢ بَعۡدِ أَنۡ أَظۡفَرَكُمۡ عَلَيۡهِمۡۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا
Hudeybiyyədə müşriklərdən səksən kişi gəlib sizə pislik etmək istədikləri zaman on­la­rın əlini sizdən, sizin də əlinizi onlardan çəkən Allahdır. Beləcə, siz nə onları öldürdünüz, nə də onlara əziyyət verdiniz, əksinə, onları əsir götürməyə qadir olduqdan sonra onları azad buraxdınız. Allah si­zin nə etdiklərinizi görür, sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz.
Ang mga Tafsir na Arabe:
هُمُ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَٱلۡهَدۡيَ مَعۡكُوفًا أَن يَبۡلُغَ مَحِلَّهُۥۚ وَلَوۡلَا رِجَالٞ مُّؤۡمِنُونَ وَنِسَآءٞ مُّؤۡمِنَٰتٞ لَّمۡ تَعۡلَمُوهُمۡ أَن تَطَـُٔوهُمۡ فَتُصِيبَكُم مِّنۡهُم مَّعَرَّةُۢ بِغَيۡرِ عِلۡمٖۖ لِّيُدۡخِلَ ٱللَّهُ فِي رَحۡمَتِهِۦ مَن يَشَآءُۚ لَوۡ تَزَيَّلُواْ لَعَذَّبۡنَا ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا
Allaha və Onun rəsuluna küfr edənlər sizi Məs­ci­dul-Hə­rama buraxmayan və qur­banlıq hey­van­larını qurban­ga­ha gedib çatmağa qoy­mayan kimsələrdir. Əgər Məkkədə ta­nımadığı­nız mömin kişiləri və mömin qa­dın­ları bil­mədən kafirlərlə birlikdə öldürmək və bilmədən on­la­rı öldürdüyünüzə görə günaha bat­maq və fidyə vermək təh­lü­kə­si olmasaydı, Allah sizin Məkkəni fəth etməyinizə izin verərdi ki, Allah istə­diyini - məsələn, Məkkədəki möminləri Öz mərhəmətinə qovuşdursun. Əgər Məkkədəki kafirlər möminlərdən seçil­səydi­lər, Biz Allaha və Onun rəsuluna küfr edən kimsələrə ağrılı-acılı bir əzab ve­rərdik.
Ang mga Tafsir na Arabe:
إِذۡ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِي قُلُوبِهِمُ ٱلۡحَمِيَّةَ حَمِيَّةَ ٱلۡجَٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَلۡزَمَهُمۡ كَلِمَةَ ٱلتَّقۡوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهۡلَهَاۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا
Allaha və Onun rəsuluna küfr edən kimsələr qəlblərində, haqq ilə heç bir əlaqəsi olmayan, əksinə, nəfslərinin istəyinə bağlı olan təkəbbürlüyə – cahillik təkəbbürlüyünə qapıldığı zaman, Hudeybiyyə ilində Rəsulullahın (səllallahu aleyhi və səlləm) Məkkəyə daxil olmağına razılıq vermədilər ki, (ərəblər) onlara Peyğəmbrin onlara qalib gəldiyini irad tutmasınlar. O zaman Allah Öz tərəfindən Öz rəsuluna və möminlərə arxayınlıq nazil etdi, müşriklərin qəzəbləndiyi kimi, onların da qəzəblənməsinə imkan vermədi və möminlərə haqq sözü - "lə ilahə illəllah" kəlməsini və onun haqlarını ödəməyi vacib buyurdu, onlar da onu yerinə yetirdilər. Hamıdan çox möminlərin bu kəlməyə daha çox haqqı var idi və onlar ona layiq idilər. Çünki Allah onları qəlbində olan xeyiri bilirdi. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.
Ang mga Tafsir na Arabe:
لَّقَدۡ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءۡيَا بِٱلۡحَقِّۖ لَتَدۡخُلُنَّ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمۡ وَمُقَصِّرِينَ لَا تَخَافُونَۖ فَعَلِمَ مَا لَمۡ تَعۡلَمُواْ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتۡحٗا قَرِيبًا
Allah Öz rəsulunun haqq olaraq gördüyü və öz səhabələrinə xəbər verdiyi yuxusunu gerçəyə çevirdi. Onunu yuxusu belə idi ki, o öz səhabələri ilə birlikdə Allahın evini ziyarət edəcək, düşməndən xatircəm olduqları halda, bəziləri saçlarını tam qırxdırmış, bəziləri də onu qısaltmış olaraq ziyarətlərini başa çatdırdıqlarını elan etdikləri halda Məscidul-Hərama daxil olacaqlar. Ey möminlər! Allah sizin bilmədiklərinizi, sizə nəyin məsləhət olduğunu bilir. Bu yuxu gerçəyə çevrilməzdən əvvəl, O sizə yaxın bir qələbə - həmin il Məkkəyə daxil olmağı nəsib edəcək. Bu da, Allahın, Hudeybiyyə sülhünü, ardınca da, Hudeybiyyədə iştirak etmiş möminlərin əli ilə Xeybərin fəthini həyata keçirməsi idi.
Ang mga Tafsir na Arabe:
هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا
İslam dinini ona zidd olan bütün dinlərdən üstün etmək üçün Öz rəsulu Muhəmmədi (səllallahu aleyhi və səlləm) aydın bəyan və haqq din - İslam dini ilə göndərən Allahdır. Allah buna şahiddir və şahid olaraq Allah yetər.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الصد عن سبيل الله جريمة يستحق أصحابها العذاب الأليم.
İnsanları Allahın yolundan azdırmaq böyük günahdır, belə edən kimsələri ağrılı-acılı əzab gözləyir.

• تدبير الله لمصالح عباده فوق مستوى علمهم المحدود.
Allahın Öz qullarının məsləhəti üçün gördüyü işlər onların məhdud elmi səviyyəsindən daha üstündür.

• التحذير من استبدال رابطة الدين بحمية النسب أو الجاهلية.
Din bağlılığını, nəsəb və ya cahillik bağlılığı ilə əvəz etməkdən çəkindirmək.

• ظهور دين الإسلام سُنَّة ووعد إلهي تحقق.
İslam dininin aşkar yayılması gerçəyə çevirilən ilahi bir qanun və vəddir.

 
Salin ng mga Kahulugan Surah: Al-Fat'h
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara