Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: At-Toor   Ayah:
أَمۡ تَأۡمُرُهُمۡ أَحۡلَٰمُهُم بِهَٰذَآۚ أَمۡ هُمۡ قَوۡمٞ طَاغُونَ
Yoxsa onların ağılları onlara: "Peyğəmbər kahin və dəlidir" – deməyi əmr edir?! Beləliklə də, onlar heç bir şəxsdə cəm olmayan xislətin onda olduğunu deyirlər. Əksinə, onlar hüdudları aşmış bir qövmdür. Odur ki, onlar nə şəriətə, nə də ağıla etimad edərlər.
Ang mga Tafsir na Arabe:
أَمۡ يَقُولُونَ تَقَوَّلَهُۥۚ بَل لَّا يُؤۡمِنُونَ
Yoxsa onlar: “Muhəmməd bu Quranı özün­dən uy­durdu, bu ona vəhy edilməmişdir!” – deyirlər?! Xeyr, o, bunu özündən uydurmamışdır. Onlar iman gə­tirməyə təkəbbürlük edirlər deyə: "O bunu özündən uydurdu" – deyirlər.
Ang mga Tafsir na Arabe:
فَلۡيَأۡتُواْ بِحَدِيثٖ مِّثۡلِهِۦٓ إِن كَانُواْ صَٰدِقِينَ
Əgər onların Peyğəmbərin Quranı uydurması barədə iddiaları doğrudursa, qoy onlar da Qurana bənzər uydurma bir kə­lam gə­tir­sinlər.
Ang mga Tafsir na Arabe:
أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ
Bəlkə onlar özlərini yaradan Xaliqsiz ya­ranıblar?! Yaxud onlar özləri özlərini yaradıblar?! Məxluqun Xaliqsiz yaranması mümkün deyil. Həmçinin, heç bir məxluq nə isə xəlq edə bilməz. Elə isə nə üçün onlar özlərinin Xaliqinə ibadət etmirlər?!
Ang mga Tafsir na Arabe:
أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ
Yoxsa onlar göyləri və yeri yara­dıblar?! Xeyr, onlar, Allahın özlərinin Xaliqi olduğuna qətiyyən inanmır­lar. Əgər onlar buna inansaydılar, Allahın tək ilah olduğunu qəbul edər və Onun rəsuluna iman gətirərdilər.
Ang mga Tafsir na Arabe:
أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ
Yoxsa sənin Rəbbinin ruzi xə­zinələri onların əlindədir və onlar bunu istədiklərinə verirlər, habelə, peyğəmbərlik bəxş etmək onların ixtiyarındadır və onlar bunu istədiyinə verir, istədiyini də ondan məhrum edirlər?! Yaxud on­lar hökm sahibi­dirlər, istədikləri işləri görə bilirlər?!
Ang mga Tafsir na Arabe:
أَمۡ لَهُمۡ سُلَّمٞ يَسۡتَمِعُونَ فِيهِۖ فَلۡيَأۡتِ مُسۡتَمِعُهُم بِسُلۡطَٰنٖ مُّبِينٍ
Yoxsa onların elə bir nərdivanı var ki, onun vasitəsilə göyə qalxıb Allahın vəhyini - onların haqq üzərində olduqları barədə olan vəhyi din­ləyirlər­?! Elə isə qoy onların o vəhyi dinləyənləri, onların haqq üzərində olduğu iddialarını təsdiqləyən açıq-aydın bir dəlil gə­tirsin­lər!
Ang mga Tafsir na Arabe:
أَمۡ لَهُ ٱلۡبَنَٰتُ وَلَكُمُ ٱلۡبَنُونَ
Yoxsa sizin xoşlamıdığınız qız uşaqları nöqsansız və uca Allahın, sevdiyiniz oğlan uşaqları isə sizindir?!
Ang mga Tafsir na Arabe:
أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ
Ey Peyğəmbər! Yoxsa sən, Rəbbinin risalətini təbliğ etdiyinə görə onlardan bir muzd istəyirsən?! Onlar da buna görə, daşıya bilmədikləri bir yük altına giriblər?!
Ang mga Tafsir na Arabe:
أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ
Yoxsa qeyb elmi onların əlindədir və onlar da qeybdəki xəbərləri öyrənib insanlar üçün istədiklərini yazır, qeybdən onlara istədiklərini xəbər verirlər?!
Ang mga Tafsir na Arabe:
أَمۡ يُرِيدُونَ كَيۡدٗاۖ فَٱلَّذِينَ كَفَرُواْ هُمُ ٱلۡمَكِيدُونَ
Yoxsa haqqı yalan sayanlar sənə və sənin dininə qarşı hiylə qurmaq istəyir­lər?! İnan Allaha, sən yox, əksinə, Allaha və Onun rəsuluna küfr edən kimsələr o hiylənin qurba­nı olacaqlar.
Ang mga Tafsir na Arabe:
أَمۡ لَهُمۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ
Yoxsa onların Allahdan başqa ibadətə layiq bir məbudu vardır?! Allah on­la­rın Ona qoşduqları şəriklərdən uzaqdır, pak və müqəddəsdir. Onların etdiklərinin heç biri olmayıb və heç cür təsəvvür oluna bilməz də.
Ang mga Tafsir na Arabe:
وَإِن يَرَوۡاْ كِسۡفٗا مِّنَ ٱلسَّمَآءِ سَاقِطٗا يَقُولُواْ سَحَابٞ مَّرۡكُومٞ
Əgər onlar göy parçala­rının başlarına düş­düyünü görsələr: “Özlərinə əzab gəldiyinə inanmadan, bu, ­bir-birinin üstünə yığılmış adi bulud topasıdır!” – deyər, beləliklə də, nə nəsihət qəbul edər, nə də iman gətirərlər.
Ang mga Tafsir na Arabe:
فَذَرۡهُمۡ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي فِيهِ يُصۡعَقُونَ
Ey Peyğəmbər! Sən, onları əzaba düçar olacaqları günə - qiyamət gününə qovuşana qədər, tərk et, qoy inadkarlıq və tərslik etməyə davam etsinlər.
Ang mga Tafsir na Arabe:
يَوۡمَ لَا يُغۡنِي عَنۡهُمۡ كَيۡدُهُمۡ شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ
O gün hiylələri onlara nə az, nə də çox - heç bir fay­da verməyəcək və on­la­ra əzabdan qurtulmaq üçün kö­mək göstərilməyəcək­dir.
Ang mga Tafsir na Arabe:
وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابٗا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
Həqiqətən, şirk və asiliklər etməklə özlərinə zülm edənləri axirət əzabından əvvəl, bir əzab - dünyada qətlə yetirilmək və kölə edilmək, üstəlik, bərzəx aləmində qəbir əzabına düçar olmaq gözləyir. Lakin on­ların əksəriyyəti bunu bilməz və elə buna görə də küfr üzərində davam edərlər.
Ang mga Tafsir na Arabe:
وَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ فَإِنَّكَ بِأَعۡيُنِنَاۖ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ حِينَ تَقُومُ
Ey Peyğəmbər! Sən, öz Rəbbinin əzəldən yazdığı qədərə və şəri hökmü­nə səbir et! Həqiqətən, sən Bi­zim gözümüz önündə və himayəmiz altındasan. Yu­xudan qalxdıqda Rəbbi­ni həmd ilə zikr et!
Ang mga Tafsir na Arabe:
وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَإِدۡبَٰرَ ٱلنُّجُومِ
Gecənin bir vaxtında Rəbbinə təriflər de və Onun üçün namaz qıl, bir də ul­duzlar batandan sonra, dan yeri söküldükdə fəcr namazını qıl!
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الطغيان سبب من أسباب الضلال.
Azğınlıq etmək insanı zəlalətə salan səbəblərdəndir.

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
Dinin həqiqətlərini isbat etmək üçün, ağıl ilə mübahisə etməyin əhəmiyyətli olması.

• ثبوت عذاب البَرْزَخ.
Bərzəx aləmindəki əzabın sübuta yetirilməsi.

 
Salin ng mga Kahulugan Surah: At-Toor
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara