Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (83) 章: 优努斯
فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٞ مِّن قَوۡمِهِۦ عَلَىٰ خَوۡفٖ مِّن فِرۡعَوۡنَ وَمَلَإِيْهِمۡ أَن يَفۡتِنَهُمۡۚ وَإِنَّ فِرۡعَوۡنَ لَعَالٖ فِي ٱلۡأَرۡضِ وَإِنَّهُۥ لَمِنَ ٱلۡمُسۡرِفِينَ
Musa – aleyhissəlam – qövmünə aşıq-aydın mövcüzələr və dəlillərlə gəlməsinə baxmayaraq, Firon və onun qövmünün zadəgan təbəqəsindən olan kimsələrin, özlərini imandan döndərmələrindən və işgəncə etmələrindən qor­xduqlarına görə qövmündən, İsrail oğullarından olan bəzi gənclərdən başqa Musaya iman gətirən olmadı, əksinə, Musanın dəvətindən üz çevirməkdə israr etdilər. Həqiqətən də, Firon Misirə və Misir əhli üzərində hökmranlıq edən təkəbbürlü hökmdar idi. O, küfrdə və İsrail oğullarını işgəncə ilə öldürməkdə həddi aşan bir zat idi.
阿拉伯语经注:
这业中每段经文的优越:
• الثقة بالله وبنصره والتوكل عليه ينبغي أن تكون من صفات المؤمن القوي.
• Allaha və yardımına inanmaq, Ona təvəkkül etmək, imanında güclü mömin kimsənin sifətlərindən olmalıdır.

• بيان أهمية الدعاء، وأنه من صفات المتوكلين.
• Duanın əhəmiyyətli olmasının bəyanı. Çünki dua Allaha təvəkkül edənlərin sifətlərindəndir.

• تأكيد أهمية الصلاة ووجوب إقامتها في كل الرسالات السماوية وفي كل الأحوال.
• Bütün səmavi dinlərdə, hər bir halda namazın kamil şəkildə qılınmasının vacibliyi və onun önəmi qeyd edilmişdir.

• مشروعية الدعاء على الظالم.
• Zalımlara bəd dua etməyin caiz olması.

 
含义的翻译 段: (83) 章: 优努斯
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭