Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 嘎勒尔   段:

əl-Qariə

每章的意义:
قرع القلوب لاستحضار هول القيامة وأحوال الناس في موازينها.
Qəlbləri, qiyamətin qorxusuna hazır olması üçün titrətmək və insanların tərəzilərinin müxtəlif olması.

ٱلۡقَارِعَةُ
Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan Qiyamət saatı.
阿拉伯语经注:
مَا ٱلۡقَارِعَةُ
Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan bu qiyamət saatı nədir?!
阿拉伯语经注:
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ
Ey Peyğəmbər! Dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan o saatı nə olduğunu sən nə bilirsən?! Şübhəsiz ki, o, qiyamət günüdür.
阿拉伯语经注:
يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ
İnsanların qəlbi qorxuya düşəcəyi gün onlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
阿拉伯语经注:
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ
Dağlar sürətli bir şəkildə hərəkəti və tərpənişi ilə ətrafa yayılan didilmiş yun kimi olacaq.
阿拉伯语经注:
فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ
(O gün) kimin yaxşı əməlləri pis əməllərindən ağır gələrsə,
阿拉伯语经注:
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
Cənnətdə özünün razı qalacağı gün-güzərana nail olacaq.
阿拉伯语经注:
وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ
Kimin də pis əməlləri yaxşı əməllərindən ağır gələrsə,
阿拉伯语经注:
فَأُمُّهُۥ هَاوِيَةٞ
Qiyamət günü məskunlaşacağı və qərar tutacağı yer Cəhənnəm olacaq.
阿拉伯语经注:
وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ
Ey Peyğəmbər! Sən nə bilirsən o nədir?!
阿拉伯语经注:
نَارٌ حَامِيَةُۢ
O, olduqca qızmar bir oddur.
阿拉伯语经注:
这业中每段经文的优越:
• خطر التفاخر والتباهي بالأموال والأولاد.
Mal-dövlət və oğul-uşaqla fəxr etməyin və lovğalanmağın təhlükəsi.

• القبر مكان زيارة سرعان ما ينتقل منه الناس إلى الدار الآخرة.
Qəbir, ziyarət məkanıdır. Belə ki, insanlar tez bir zamanda oradan axirət yurduna köçürlər.

• يوم القيامة يُسْأل الناس عن النعيم الذي أنعم به الله عليهم في الدنيا.
Qiyamət günü insanlar Allahın dünyada onlara verdiyi nemətlər barədə sorğu-suala çəkiləcəklər.

• الإنسان مجبول على حب المال.
İnsan mal-dövləti sevməyə həris olaraq yaradılmışdır.

 
含义的翻译 章: 嘎勒尔
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭