Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 宰哈柔福   段:

əz-Zuxruf

每章的意义:
التحذير من الافتتان بزخرف الحياة الدنيا؛ لئلا يكون وسيلة للشرك.
Dünya həyatınını bər-bəzəyinə uymaqdan çəkinmək lazımdır ki, bu, şirk etməyə vəsilə olmasın.

حمٓ
﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
阿拉伯语经注:
وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
Allah, açıq-aydın şəkildə haqq yolu göstərən Qurana and içir.
阿拉伯语经注:
إِنَّا جَعَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ
Ey ərəblər! Biz Quranı ərəb dilində endirdik ki, onun mənasını başa düşəsiniz və gələcək nəsillərə nəql edəsiniz.
阿拉伯语经注:
وَإِنَّهُۥ فِيٓ أُمِّ ٱلۡكِتَٰبِ لَدَيۡنَا لَعَلِيٌّ حَكِيمٌ
Şübhəsiz ki, bu Quran lövhi-məhfuzda çox yüksək məqamdadır və hik­mət­lə dolu­dur. Allahın əmrləri və qadağaları ilə bağlı ayələri mükəmməl şəkildədir.
阿拉伯语经注:
أَفَنَضۡرِبُ عَنكُمُ ٱلذِّكۡرَ صَفۡحًا أَن كُنتُمۡ قَوۡمٗا مُّسۡرِفِينَ
Yoxsa siz çoxlu şirk və asilik etdiyinizə görə, Biz etiraz əlaməti olaraq Quranı si­zə nazil etməkdən vaz keçməli­yik?! Biz bunu edən deyilik, əksinə, sizə olan rəhmətimiz bunun əksini tələb edir.
阿拉伯语经注:
وَكَمۡ أَرۡسَلۡنَا مِن نَّبِيّٖ فِي ٱلۡأَوَّلِينَ
Biz əvvəlki ümmətlərə də neçə-ne­çə peyğəmbər gön­dər­miş­dik.
阿拉伯语经注:
وَمَا يَأۡتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
O keçmiş ümmətlərə Allah tərəfindən elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
阿拉伯语经注:
فَأَهۡلَكۡنَآ أَشَدَّ مِنۡهُم بَطۡشٗا وَمَضَىٰ مَثَلُ ٱلۡأَوَّلِينَ
Biz onlardan daha qüv­vətli olan ümmətləri məhv etdik. Belə isə onlardan daha zəif olanları məhv etməyə də qadirik. Quranda əvvəlki ümmətlərin - Ad və Səmud tayfalarının, Lut qövmünün və Mədyən əhlinin necə həlak olduğu barədə xəbər verilmişdir.
阿拉伯语经注:
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ
Ey Peyğəmbər, əgər sən, haqqı yalan sayan o müşriklərdən: “Göy­ləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, səni sualına belə cavab verəcəklər: “On­la­rı heç kəsin qalib gələ bilməyəcəyi Qüdrətli və hər şeyi Bilən Allah yaratmışdır!”
阿拉伯语经注:
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَجَعَلَ لَكُمۡ فِيهَا سُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ
O Allah ki, yeri sizin üçün üstündə ayaq qoyub yeriyə biləsiniz deyə döşədi, üstəlik, dağlarda və dərələrdə sizin üçün yollar saldı ki, bunların sayəsində yolunuza davam edə bilə­siniz.
阿拉伯语经注:
这业中每段经文的优越:
• سمي الوحي روحًا لأهمية الوحي في هداية الناس، فهو بمنزلة الروح للجسد.
Vəhyin insanların hidayətində əhəmiyyətli yeri olduğu üçün Uca Allah onu Ruh adlandırmışdır. O, ruhun bədənlə olan bağlılığına bənzəyir.

• الهداية المسندة إلى الرسول صلى الله عليه وسلم هي هداية الإرشاد لا هداية التوفيق.
Rəsulullahın (səllallahu aleyhi və səllləm) hidayət verməsi, qəlbə hidayət verməsinə deyil, yalnız haqq yolu göstərməsinə aiddir (yəni o, sadəcə hidayət yolunu göstərən bir peyğəmbərdir, qəlbə hidayət verən isə Allahdır).

• ما عند المشركين من توحيد الربوبية لا ينفعهم يوم القيامة.
Müşriklərin qəbul etdiyi rububiyyə tövhidi qiyamət günü onlara heç bir fayda verməyəcəkdir.

 
含义的翻译 章: 宰哈柔福
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭