Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 嘉斯亚   段:
وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
Onların dünyada ikən etdikləri pis əməl­lər - küfr və asiliklər özlərinə göstəriləcək və onlara xəbərdarlıq edilərkən isteh­za etdik­ləri əzab onları haqlayacaqdır.
阿拉伯语经注:
وَقِيلَ ٱلۡيَوۡمَ نَنسَىٰكُمۡ كَمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ
Allah onlara deyəcək: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz, iman gətirib yaxşı işlər görməklə o gün üçün tədarük görmədiyiniz kimi, Biz də bu gün sizi Cəhənnəm odunda tərk edəcəyik. Si­zin qərar tutmaq üçün gedəcəyiniz yer Cəhən­nəm­dir. Allahın əzabını sizdən dəf edəcək köməkçiləriniz də ol­maya­caq­dır.
阿拉伯语经注:
ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗا وَغَرَّتۡكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ لَا يُخۡرَجُونَ مِنۡهَا وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ
Sizə verilən bu əzab, Allahın ayələrinə lağ edib onları məsxərəyə qoyur­du­nuz və dünya həyatının ləzzət və şəhvətlərinə aldandığınıza görədir”. Bu gün, Allahın ayələrinə istehza edən o kafirlər Cəhənnəmdən çıxa­rıl­ma­ya­caq, əksinə onlar, əbədi olaraq orada qalacaqlar və dünya həyatına da qayıtmayacaqlar ki, yaxşı işlər görsünlər, beləliklə də, Rəbbi onlardan razı qalsın.
阿拉伯语经注:
فَلِلَّهِ ٱلۡحَمۡدُ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَرَبِّ ٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَٰلَمِينَ
Həmd yalnız göylərin Rəbbi, yerin Rəbbi və bütün məxluqatın Rəbbi olan Allaha məxsusdur!
阿拉伯语经注:
وَلَهُ ٱلۡكِبۡرِيَآءُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
Göylərdə və yerdə böyüklük və əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir. Heç kəs Ona üstün gələ bilməz. O, yaratmaq, qədəri yazmaq, işləri idarə etmək və şəri hökmləri təyin etmək xüsusunda Hikmət sahibidir.
阿拉伯语经注:
这业中每段经文的优越:
• الاستهزاء بآيات الله كفر.
Allahın ayələrinə istehza etmək küfrdür.

• خطر الاغترار بلذات الدنيا وشهواتها.
Dünyanın ləzzətlərinə və şəhvətlərinə aldanmağın təhlükəsi.

• ثبوت صفة الكبرياء لله تعالى.
Uca Allahın təkəbbürlük sifətinin isbatı.

• إجابة الدعاء من أظهر أدلة وجود الله سبحانه وتعالى واستحقاقه العبادة.
Duanın qəbul olması Uca və Nöqsansız Allahın varlığını və Onun ibadətə layiq məbud olduğunu sübut edən ən aydın dəlillərdən biridir.

 
含义的翻译 章: 嘉斯亚
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭