Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 嘎夫   段:
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيدِ
İnsanı Biz yaratdıq və nəfsinin ona təlqin etdi­yi xəyalları və fikirləri bili­rik. Biz ona qəlbə bağlı olan boynunda yerləşən şah da­marından da yaxınıq.
阿拉伯语经注:
إِذۡ يَتَلَقَّى ٱلۡمُتَلَقِّيَانِ عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٞ
Biri sağında, digəri solunda iki mələk otu­rub onun əməllərini qey­də alır.
阿拉伯语经注:
مَّا يَلۡفِظُ مِن قَوۡلٍ إِلَّا لَدَيۡهِ رَقِيبٌ عَتِيدٞ
İnsanın dediyi hər bir sözü yazmaq üçün onun yanında hazır durub gözləyən mələk vardır!
阿拉伯语经注:
وَجَآءَتۡ سَكۡرَةُ ٱلۡمَوۡتِ بِٱلۡحَقِّۖ ذَٰلِكَ مَا كُنتَ مِنۡهُ تَحِيدُ
Ölümün şiddəti həqiqə­tən gələ­cək, bu qaçılmazdır. Ey qafil insan! Ölüm, sənin çəkindiyin və qorxub qaç­dı­ğın şeydir.
阿拉伯语经注:
وَنُفِخَ فِي ٱلصُّورِۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡوَعِيدِ
Sur üfürməyə müvəkkəl edilmiş mələk ikinci dəfə sura üfürəcəkdir. Bu, kafirlərə və asi olanlara əzab vəd olun­muş qiyamət günüdür.
阿拉伯语经注:
وَجَآءَتۡ كُلُّ نَفۡسٖ مَّعَهَا سَآئِقٞ وَشَهِيدٞ
Hər kəs onu qova-qova məhşərə gətirən mələklə və bir də onun əməllərinə şa­hidlik edən mələklə bir­likdə gələcəkdir.
阿拉伯语经注:
لَّقَدۡ كُنتَ فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا فَكَشَفۡنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلۡيَوۡمَ حَدِيدٞ
Məhşərə gətirilən o insana belə deyiləcək: "Sən dünyada ikən şəhvətlərə və ləzzətlərə aldandığına görə, bu günün haqqında qəflət içində idin. Lakin Biz sənin qəflətini aradan qaldırdıq ki, əzabı və qəm-qüssəni görəsən. Bu gün sən artıq çox yaxşı gö­rürsən və barəsində qafil olduğunu dərk edirsən!”
阿拉伯语经注:
وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ
Yanındakı (əməllərini qeydə almaq üçün) müvəkkəl edilmiş mələk de­yəcək­: “Yanımda olan kimsənin əməli heç bir artırma və əskiltmə olmadan ha­zır­dır!”
阿拉伯语经注:
أَلۡقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٖ
Allah (o günahkarı) gətirən və şahid olan iki mələyə belə buyuracaq: “Haqqı inkar edən hər bir inad­cılı atın Cə­hənnəmə.
阿拉伯语经注:
مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٖ مُّرِيبٍ
Həmçinin, Allahın vacib buyurduğu haqların verilməsinə mane olanı, Allahın qoyduğu hüdudları aşanı, xəbər verilən vədlərə və təhdidlərə şəkk edən kimsəni də,
阿拉伯语经注:
ٱلَّذِي جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلۡقِيَاهُ فِي ٱلۡعَذَابِ ٱلشَّدِيدِ
Habelə, ibadətdə başqa bir məbudu Alla­ha şərik qoşan kimsəni də. Atın onu şiddətli əza­ba!”
阿拉伯语经注:
۞ قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطۡغَيۡتُهُۥ وَلَٰكِن كَانَ فِي ضَلَٰلِۭ بَعِيدٖ
Şeytanlardan olan yoldaşı ondan uzaq olduğunu bəyan edib deyəcək­: “Ey Rəbbimiz! Onu mən azdırmadım, əksinə, o özü haqdan uzaq bir zəlalət içində idi!”
阿拉伯语经注:
قَالَ لَا تَخۡتَصِمُواْ لَدَيَّ وَقَدۡ قَدَّمۡتُ إِلَيۡكُم بِٱلۡوَعِيدِ
Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin, bunun heç bir faydası yoxdur. Mən sizi hələ siz dünyada ikən elçilərimin Mənə küfr edən və Mənə asi olan kimsələri qorxutduğu şiddətli təhdidlərlə xəbərdar etmişdim.
阿拉伯语经注:
مَا يُبَدَّلُ ٱلۡقَوۡلُ لَدَيَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ
Mənim Sözüm dəyiş­məz­dir və mən vədimə xilaf çıxan deyiləm. Mən qullarımın nə savablarını azaldaraq, nə də ki, günahlarını artıraraq əsla onlara zülm etmərəm, Əksinə, onlara etdikləri əməllərin əvəzini verərəm”.
阿拉伯语经注:
يَوۡمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمۡتَلَأۡتِ وَتَقُولُ هَلۡ مِن مَّزِيدٖ
O gün Biz Cəhənnəmə belə deyəcəyik: “Sənə atılan kafirlər və asilərlə dol­dun­mu?” O da Rəbbinə görə qəzəblənib daha çox tələb edərək Rəbbinə: “Ye­nə varmı?” – deyəcək­.
阿拉伯语经注:
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ غَيۡرَ بَعِيدٍ
Cənnət, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələrə ya­xın­laş­dırı­lacaq və onun içində olan nemətləri çox yaxın məsafədən müşahidə edəcəklər.
阿拉伯语经注:
هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٖ
Onlara deyiləcək: "Budur Allahın sizə vəd etdiyi Cənnət! O, hər tövbə edib Rəbbinə üz tu­tan, Onun əmrinə riayət edən,
阿拉伯语经注:
مَّنۡ خَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِ وَجَآءَ بِقَلۡبٖ مُّنِيبٍ
Gizlində, Allahdan başqasının onu görmədiyi halda Mərhəmətli Allahdan qorxan və Allaha üz tutub daim Ona yönəlmiş salamat qəlblə Onun hüzuruna gələn kimsələr üçün­dür.
阿拉伯语经注:
ٱدۡخُلُوهَا بِسَلَٰمٖۖ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُلُودِ
Onlar deyiləcək: "Xoşlamadığınız şeylərdən qurtulmuş halda salamatlıqla Cənnətə daxil olun! Bu, sonrası fani olmayan əbədiyyət günüdür.
阿拉伯语经注:
لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيۡنَا مَزِيدٞ
Orada onlar üçün istə­dik­ləri tükənməz nemətlər hazırlanmışdır. Üs­təlik, hüzuru­muz­da bundan da artığı heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının qəlbindən keçirmədiyi nemətlər vardır. Uca Allahı gör­mək də bu nemətlərdən biridir.
阿拉伯语经注:
这业中每段经文的优越:
• علم الله بما يخطر في النفوس من خير وشر.
Allah nəfslərin istədiyi xeyiri və şəri bilir.

• خطورة الغفلة عن الدار الآخرة.
Axirət yurdundan qafil olmağın təhlükəsi.

• ثبوت صفة العدل لله تعالى.
Uca Allahın adillik sifətinin isbatı.

 
含义的翻译 章: 嘎夫
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭